Page 526 - design_Topcubashov_Full_Layout 1
P. 526
Əlimərdan bəy Topçubaşov
Bu iş onun daha әvvәlki dövrdәn başlanan maarifçilik
fәaliyyәtinin uğurlu davamı idi. Başlanğıc mәrhәlә ilә
müqayisәdә indi Hәsәn bәy parlaq nәticәlәrә çatmaq üçün
daha mәqbul şәrait vә daha böyük maddi vәsait әldә edә
bilirdi. Hәsәn bәy bütün Bakı әhalisi arasında maarifin
yayılmasına özünәmәxsus düzgünlük vә fәallıqla iqdam etsә
dә, әsas diqqәti, tәbii ki, maarif işığından uzaq düşmüş
insanlara yönәlirdi. Hәmin insanlar isә şәhәrin müsәlman
sakinlәri idi. Dumanın tәhsil komissiyasının dәyişilmәz üzvü
kimi, Hәsәn bәy ibtidai mәktәblәrin, xüsusәn dә rus-müsәlman
mәktәblәrinin sayının artırılması, onların maddi bazasının
yaxşılaşdırılması, tәdrisin sәviyyәsinin yüksәldilmәsi üçün
әlindәn gәlәni әsirgәmirdi. Onun sәyi nәticәsindә 1906-cı
ildә rus-müsәlman mәktәblәrinin sayı 3-dәn 16-ya çatdırılmışdı.
Әn başlıcası, qızlar üçün dә belә mәktәblәrin yaradılması
işinә başlamışdı. Hәmin mәktәbin müәllimlәri Hәsәn bәyin
әn yaxın dostları sırasına daxil idilәr. O, tәhsil komissiyası
vә şәhәr idarәsi vasitәsilә istәr tәdris, istәrsә dә tәchizat
526
baxımından mәktәblәrin ehtiyacının aradan qaldırılmasına
bacardığı qәdәr çalışırdı. Tez-tez hәmin mәktәblәrә baş
çәkmәsi, mövcud çәtinlik vә çatışmazlıqlarla bağlı müәllimlәrlә
söhbәt etmәsi büdcәdәn tәhsilә ayrılan vәsaitin artırılması
uğrunda mübarizәdә Hәsәn bәyә böyük ümid vә enerji
verirdi. Ümumiyyәtlә, xalq maarifi ilә bağlı mәsәlәlәrdә o,
heç vaxt güzәştә getmir, mövqeyindәn bir addım da geri
çәkilmirdi. Hәmişә mübarizәni başa çatdırmaq üçün özündә
güc vә qüvvә tapırdı. Әdalәt naminә qeyd etmәk lazımdır
ki, tәhsillә bağlı mәsәlәlәrdә şәhәr idarәsi dә әksәr hallarda
Hәsәn bәyin tәkliflәrini müdafiә edir, lazımlı mәqamlarda
kifayәt qәdәr sәxavәt vә әliaçıqlıq göstәrirdi.
Hәsәn bәyin maarifçilik fәaliyyәtinin әn parlaq
nәticәlәrindәn biri Bakıda müsәlman qızlar üçün ilk qız
mәktәbinin açılması (5 oktyabr 1901-ci il) idi. Bu mәktәbin
әsası indi hәyatda olmayan Hacı Zeynalabdin Tağıyevin
şәxsi vәsaiti hesabına qoyulmuşdu. Әminliklә demәk olar