Page 528 - design_Topcubashov_Full_Layout 1
P. 528
Əlimərdan bəy Topçubaşov
edilmәsi ilә bağlı tәbliğat aparmaqdan yorulmurdu. O, lazımi
mәslәhәtlәr verir, digәr ölkәlәrdә müxtәlif sahәlәrdә fәaliyyәt
göstәrәn qadınların hәyatından nümunәlәr gәtirirdi. Bakıya
qayıdandan sonra isә Hәnifә xanım şәhәrdә mövcud olan,
lakin mәlum sәbәblәrdәn hәlә müsәlman qızların ayağı
dәymәyәn qadın tәhsil müәssisәlәrinin fәaliyyәti, orada
tәdrisin tәşkili ilә yaxından maraqlanırdı. Digәr tәrәfdәn,
Hәsәn bәyin qızlardan ötrü rus-müsәlman mәktәbinin
qurulması sahәsindә gördüyü işlәr dә Hәnifә xanımın gözlәri
önündә cәrәyan edirdi.
Nәticәdә o, müstәqil şәkildә maarifçilik fәaliyyәti ilә
mәşğul olmaqdan ötrü lazımi hazırlıq keçmişdi. İlk dövrlәrdә
tәbii görünәn çәtinliklәr istisna edilmәklә, qadın tәhsil
müәssisәsinin rәhbәri vәzifәsinin öhdәsindәn uğurla gәlә
bilәrdi. İstәr mәktәbin müdirәsi, istәrsә dә müәllim kimi
Hәnifә xanım çox böyük müvәffәqiyyәtә imza atmışdı,
yetirmәlәrinin vә bütün müsәlman cәmiyyәtinin, ilk növbәdә
isә qadın vә qızların dәrin sevgisini qazanmışdı. Birinci rus-
528
müsәlman qız mәktәbinin açılmasına hәmin dövrdә mövqelәri
hәlә yetәrincә güclü olan mollaların, qismәn tacirlәrin vә
digәr imkanlı şәxslәrin maneçilik törәtdiklәrini göz önünә
gәtirsәk, onun başladığı işdә uğur qazanana qәdәr üzlәşdiyi
çәtinliklәrin miqyası daha da aydın olar.
İstәr adıçәkilәn qız mәktәbindә, istәrsә dә müdirәsi
olduğu eyni tipli şәhәr tәhsil müәssisәsindә müsәlman qızları
arasında yaxşı savad almış kadrların hazırlanmasında birincilik
şәrәfi Hәnifә xanıma mәxsusdur. O, özünün nәcib fәaliyyәtini
indi (bu sәtirlәrin yazıldığı 1925-ci il nәzәrdә tutulur –
Tәrc.) dә davam etdirir. Azәrbaycanlılar, heç şübhәsiz, maarif
sahәsindә әldә etdiklәri bir sıra uğurlara görә Hәnifә xanıma
minnәtdar olmalıdır.
O, dağlı qızı olsa da, bütün qәlbi ilә Azәrbaycan xalqını
sevdi, mәnәvi cәhәtdәn bu xalqla doğmalaşıb bütünlәşdi.
Yaşının ahıl çağına qәdәm qoymasına baxmayaraq, Hәnifә
xanım indi dә özünәmәxsus enerji, bilik vә tәcrübә ilә xalq