Page 523 - design_Topcubashov_Full_Layout 1
P. 523

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


               Hәsәn bәy yuxarıda adı çәkilәn mәtbuat orqanlarındakı
           olduqca faydalı vә sәmәrәli publisist fәaliyyәti ilә bәrabәr,
           Bakı şәhәrinin idarәçilik mәsәlәlәrindә dә yaxından iştirak
           edirdi. O, iki dәfә dalbadal dördillik müddәtә Şәhәr Dumasına
           üzv seçilmişdi. Jurnalistlik fәaliyyәtindәn dә uzaqlaşmadığı
           hәmin sәkkiz ili yorulmaq bilmәdәn, tәmәnna güdmәdәn
           ictimai işlәrә sәrf etmişdi. “Kaspi” redaksiyası vә dumanın
           binası Hәsәn bәyi hәr zaman görmәk vә tapmaq mümkün
           olan әsas yerlәr idi. O, evә yalnız yatmağa gәlirdi. Uşaqlarının
           üzünü bәzәn hәftәlәrlә görmürdü. Mәnzilinә, adәtәn, gecәdәn
           xeyli keçmiş, duma vә onun çoxsaylı komissiyalarının
           iclasları başa çatandan sonra qayıdırdı. Hәsәn bәy iclasların,
           demәk olar ki, hamısının işindә iştirak edirdi.
               Bakı şәhәrinin ictimai hәyatında elә mәsәlә yox idi ki,
           Hәsәn bәy onunla yaxından maraqlanmasın, diqqәtlә
           öyrәnmәsin, müxtәlif komissiya iclaslarında vә dumada
           müzakirәyә çıxarmağa sәy göstәrmәsin. Hәsәn bәy dumada
           müzakirә olunan mәsәlәlәrlә bağlı yazılı mәnbәlәr, geniş    523
           faktiki material әsasında әvvәlcәdәn vә çox diqqәtli hazırlaşan
           nadir, bәlkә dә, yeganә üzv idi. O, senzli dumada fәaliyyәt
           göstәrdiyini, burada üstünlüyü şәhәrin bütün işlәrini öz
           әllәrindә saxlayan varlıların tәşkil etdiyini yaxşı başa düşürdü.
           Odur ki, hәmişә haqqında danışmaq istәdiyi bütün mәsәlәlәr
           barәsindә әtraflı mәlumata malik olmağı, hәr an döyüşә
           hazır vәziyyәtdә dayanmağı zәruri sayırdı.
               Aydın mәsәlәdir ki, Hәsәn bәy, hәtta istәmәsә belә,
           dumanın öz sәrvәtlәrinin, mal vә mülklәrinin keşiyindә
           möhkәm dayanmış zәngin tәbәqәni tәmsil edәn üzvlәri ilә
           mütlәq qarşı-qarşıya gәlmәli idi. Maddi xarakterli maraqlar
           Hәsәn bәyin özünә tamam yad idi. O da kürәkәni Әlimәrdan
           bәy  Topçubaşov kimi dumaya bir nәfәr bakılının yetim
           uşaqlarının himayәçisi olaraq keçmişdi. Özünü yoxsul
           tәbәqәnin, hüquqları hakimiyyәt nümayәndәlәri tәrәfindәn
           әn çox tapdanan vә şәhәr başçılarından әn az qayğı görәn
           әhalinin tәmsilçisi sayırdı. Hәsәn bәy әvvәldәn-axıra kimi
   518   519   520   521   522   523   524   525   526   527   528