Page 518 - design_Topcubashov_Full_Layout 1
P. 518

Əlimərdan bəy Topçubaşov


                  Qәzet tez-tez senzura komitәsi, habelә yazılardakı fakt vә
                  mәlu matların hәqiqәtә uyğunluğunu yoxlamaq mәc bu riy -
                  yәtindә qalan Qafqaz hakimiyyәt dairәlәri qarşısında izahat
                  vermәli olurdu. Lakin hәr bir belә yoxlama müәllifin xeyrinә
                  çıxarılan qәrarla nәticәlәnir, onun hәqiqәti söylәdiyi bir daha
                  sübuta yetirilirdi.
                       Hәsәn bәyin qәlәminin gücü vә Qafqazın inzibati
                  dairәlәri qarşısında sözünün kәsәrliliyi dә mәhz belә
                  mәqamlarda özünü aydın göstәrirdi. Әgәr müәllifin hәqiqәtә
                  sadiqliyi vә toxunduğu mәsәlәlәrin doğruluğuna dәrin inamı
                  olmasaydı, o, yenidәn әllәri çox asanlıqla hәr yerә çatan
                  Qafqaz idarәçilәrinin hәdәfinә çevrilә bilәrdi. Canişinlik
                  nümayәndәlәri hәlә “Әkinçi“nin yaratdığı baş ağrılarını,
                  elәcә dә onun naşir-redaktorunun Stavropola sürgün edilmәsi
                  tarixçәsini yaddan çıxarmamışdılar. Cәmiyyәtdәki sakitliyi
                  pozan, hökumәtә problemlәr yaradan tәhlükәli ünsür kimi
                  Hәsәn bәyin yenidәn Qafqaz hüdudlarından çıxarılması üçün
                  bәhanә axtarılırdı.
         518
                     Lakin özünün haqlı olduğuna inanan, ürәyinin hökmü
                  ilә seçdiyi xalqa sәdaqәtlә xidmәt etmәk yolundan çәkilmәyi,
                  bir an da olsun, ağlına da gәtirmәyәn Hәsәn bәy fәaliyyәtini
                  әvvәlki kimi әzmlә davam etdirirdi. Amma bir müddәt sonra
                  “Obzor”un sahiblik hüququ Tumanov qardaşlarına 582  verildi
                  vә qәzet artıq “Novoe obozrenie”  583  adı ilә Qafqazdakı
                  ermәni ziyalılarının mәtbuat orqanı kimi nәşr olunmağa
                  başladı. Hәsәn bәy yenilәnmiş nәşrdә iştirakla bağlı dәvәt
                  aldı. “Novoe obozrenie” dә öz sәlәfi kimi sәhifәlәrindә
                  azәrbaycanlı müәllifin Şәrqi Zaqafqaziya hәyatı ilә bağlı
                  mәqalә vә oçerklәrinә hәvәslә yer ayırırdı.
                     Lakin bu yazılar, әgәr belә demәk mümkünsә, artıq
                  Hәsәn bәyin hәyatının mәhsuldar dövrünün, әli hәr yerә
                  çatan hakimiyyәtlә tәkbaşına, cәsur vә qeyri-bәrabәr
                  mübarizәsinin son akkordları idi. Әleyhdarlarına qarşı açıq
                  çıxışları, habelә Tiflis mәtbuatındakı publisist fәaliyyәti ilә
                  “Әkinçi”nin yaradıcısı tutduğu yoldan çәkinmәdiyini bariz
   513   514   515   516   517   518   519   520   521   522   523