Page 513 - design_Topcubashov_Full_Layout 1
P. 513
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
vaxtlar kәnd işlәrinә, hәqiqәtәn dә, ciddi maraq göstәrirdi.
Zәrdab kәndlilәri vә ortabab torpaq mülkiyyәtçilәri Hәsәn
bәyin öz aralarında olmasından çox razı idilәr. Hәsәn bәy
onlara tәsәrrüfatın düzgün idarә edilmәsi ilә bağlı nәzәri,
xüsusәn dә tәcrübi cәhәtdәn әsaslandırılmış faydalı, gәrәkli
mәslәhәtlәr verirdi. Әgәr Zәrdabdakı fәaliyyәti göstәrilәn
istiqamәtlә mәhdudlaşsaydı, yәqin ki, hәlә uzun illәr sakit,
qayğısız yaşaya bilәrdi. Hәm ailәsini yaxşı dolandırmaq
üçün yetәrincә vәsait әldә edәr, hәm dә başqaları üçün
nümunә sayılacaq gözәl tәsәrrüfat qurardı. Lakin Hәsәn bәy
tәbiәti etibarilә bu cür sakit vә durğun hәyat üçün
yaradılmamışdı. Doğrudur, kәnd tәsәrrüfatında da tәbiәtlә,
onun gözlәnilmәz fәsadları ilә mübarizә mövcuddur. Hәsәn
bәy isә tәbiәtlә mübarizәdәn daha çox, insanlara münasibәtdә
yolverilәn әdalәtsizliklәrә qarşı savaşa, güclünün zәif
üzәrindәki ağalığına, yalan vә riyakarlığa, qanunsuzluqların
at oynatmasına, zora vә xәyanәtә qarşı mücadilәyә can
atırdı. 513
Hәmin dövrdә bütün Şәrqi Zaqafqaziyada, xüsusәn dә
kәnd vә qәzalarda yuxarıda sadaladığımız mәnfi hallar geniş
yayılmışdı. Hakimiyyәtin sәrhәd tanımayan özbaşınalıqları,
hüdud bilmәyәn saxtakarlıq vә riyakarlıqları vәziyyәtin belә
şәkil almasına daha böyük rәvac verirdi. Camaatın içindә
yaşayan Hәsәn bәy hәr gün qәza hakimiyyәti tәmsilçilәrinin,
mәmurların, polisin kәndlilәri incitdiklәrini, özbaşınalıqlara
yol verdiklәrini, rüşvәt aldıqlarını, xalqın hesabına yaşadıqları
halda ona fiziki vә maddi ziyan yetirdiklәrini, mәnәvi zәrbә
vurduqlarını görmәyә bilmәzdi.
Belә şәraitdә kәndlilәrin, bütünlükdә yerli idarәçilәrdәn
incik düşәn yerli sakinlәrin әsilzadәlәr içәrisindә ruhәn
özlәrinә yaxın saydıqları, sözünün kәsәrinә vә nüfuzuna
hәlә “Әkinçi”nin timsalında yaxşı bәlәd olduqları Hәsәn
bәyә üz tutmaları tamamilә tәbii idi. O, haqqı tapdanan hәr
kәsin yanında olmağa çalışırdı. Kәndlilәr üçün әrizә vә
izahatlar yazırdı. Şikayәtçilәrin әksәriyyәtinin savadsızlığı