Page 511 - design_Topcubashov_Full_Layout 1
P. 511
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
Tәşkilatçılar dar ağacından asıldı. Lakin hakim dairәlәr yenә
sakitlәşmәk bilmirdilәr. Onlar hәr yerdә xalq narazılığının
yeni-yeni iştirakçılarını axtarırdılar. Belәlәri sırasına Hәsәn
bәyin bәzi dostları vә keçmiş şagirdlәri dә daxil edilmişdi.
Haqlı olaraq hiddәtlәnәn Hәsәn bәy yaxından tanıdığı
adamları müdafiә etmәk qәrarına gәldi. Hakimiyyәtin bu
tәşәbbüsdәn necә qәzәblәndiyini tәsәvvürә gәtirmәk çәtin
deyil. Tezliklә Hәsәn bәy özü dә az qala iğtişaşlarda iştirakda
vә “cinayәt törәdәn” şәxslәri gizlәtmәkdә ittiham olundu.
Mәhkәmәni vә verilәcәk cәzanı çox gözlәmәk lazım
gәlmәdi. Qafqaz canişinliyinin göstәrişi ilә Hәsәn bәy Mәlik-
Zәrdabi Bakı real mәktәbinin müәllimi vәzifәsindәn azad
edilib, beş illiyinә Stavropol şәhәrinә sürgün olundu. Sevimli
övladı “Әkinçi” isә hәmişәlik qapadıldı. Belәliklә, “Әkinçi”nin
mövcudluğuna mәcburi şәkildә son qoyuldu.
* * * 511
Hәsәn bәyin hәyatının tәqiblәrlә dolu dövrü başlandı.
Ailәsi ilә birlikdә inzibati qaydada Bakıdan Stavropola
köçürülmәsi onun maddi cәhәtdәn tamam müflislәşmәsinә
sәbәb oldu. Yeganә gәlir mәnbәyini – müәllim maaşını itirdi.
Lakin maddiyyat mәsәlәlәrinә hәmişә laqeyd yanaşdığından
şәxsi problemlәrini bir tәrәfә buraxıb, daha çox xalqla
ünsiyyәt vasitәsi vә kütlәlәri qәflәt yuxusundan oyatmaq
üçün әsas silahı saydığı “Әkinçi”nin bağlanmasına
tәәssüflәnirdi. Hәsәn bәy Qafqaz hakim dairәlәrinin nәzәrindә
etibarını itirәrәk siyasi cәhәtdәn şübhәli şәxs sayılması
nәticәsindә “Әkinçi”nin nәşrini yenilәmәk, yaxud tәzә mәtbu
orqan tәsis etmәk imkanından hәmişәlik mәhrum olduğunu
çox yaxşı başa düşürdü. Üzlәşdiyi acı hәqiqәt onu hәdsiz
әsәbilәşdirirdi. Bәzәn bәdbinliyә qapılır, gәlәcәklә bağlı
bütün ümidlәrdәn әlini üzürdü. Ona elә gәlirdi ki, “Әkinçi”nin
bağlanması ilә artıq hәr şey hәmişәlik itirilib, bütün hәyatını
hәsr etdiyi ideya vә ideallar iflasa uğrayıb.