Page 534 - design_Topcubashov_Full_Layout 1
P. 534

Əlimərdan bəy Topçubaşov



                                ӘLİ BӘY HÜSEYNZADӘYӘ


                                                    14 sentyabr 1904-cü il
                                                                     Bakı

                     Әzizim Әli!
                     Mәnә böyük zövq verәn gözәl mәktubuna cavab yazmaq
                  üçün özümü heç cür toparlaya bilmәdim. Sәbәbi sәnә uzun
                  mәktub yazmaq istәyimdir, amma zamanım olmadı. İndi isә
                  heç yoxdur. Çünki qәzetdәn başqa, bu günlәr hәm dә vәbaya
                  qarşı 592  mübarizә ilә mәşğulam. Hәm dә vәba әsl epidemiyaya
                  çevrilib. Hәr gün 25 nәfәrә qәdәr adam “ad patre”-yә (“ad
                  patres”; lat.: “әcdadların yanına” – Tәrc.) yollanır. Hamısı
                  da müsәlmanlardır. Dәqiq mәlumatları çap elәmәyә icazә
                  vermirlәr. Әn pisi isә bizim müsәlmanların heç bir tәdbir
                  görmәk istәmәmәlәridir. Hәtta mәnә deyirlәr ki, bütün
         534      bәlalar... hәkimlәrdәn gәlir.
                     Onların әvәzinә dә özünü oda-közә vurmaq lazım gәlir.
                  Bu da çox vaxtımı alır. Amma mübarizә get-gedә qızışır.
                  Var qüvvә ilә qurbanların sayını azaltmağa çalışırıq. Xәstәlik
                  uşaqları xüsusi amansızlıqla biçib-tökür. Ona görә qәrara
                  gәldim ki, ailәmi bura gәtirmәyim. Yәqin, bütün qışı Tiflisdә
                  keçirәrlәr. Hәr halda indi çox tәhlükәlidir, әlәlxüsus da yeni
                  gәlәnlәr üçün. Düşünürәm ki, Tiflisdә tәk yaşamaq sәnin
                  üçün cansıxıcı olacaq. Açığını deyim ki, tәhlükә sәbәbindәn
                  sәni bura çağırmağa da ürәk elәmirәm. Hәlә Bakıda lap
                  darıxdırıcı keçәcәyini demirәm. Çünki mәn bütün günü
                  redaksiyada, axşamlar isә iclaslarda oluram. Ona görә dә
                  tәklif edirәm ki, әgәr Tiflisdә qalmaq sәnә cansıxıcıdırsa, o
                  zaman Salyana, әn yaxşısı isә Şamaxıya get. Epidemiya
                  sәngiyәndә bura gәlәrsәn. Bir sözlә, özün qәrar qәbul elә,
                  hara rahatdırsa, oranı seç.  Amma hәlәlik Bakı olmasın.
                  Ümid edirәm, heç nәdәn utanıb-çәkinmәzsәn. Әgәr pul
                  lazım olsa, Pәri xanımdan götürәrsәn. Hәr şeyi әtraflı
   529   530   531   532   533   534   535   536   537   538   539