Page 536 - design_Topcubashov_Full_Layout 1
P. 536

Əlimərdan bəy Topçubaşov



                                ӘLİ BӘY HÜSEYNZADӘYӘ


                                                        23 iyun 1920-ci il
                                                                    Paris

                      Әzizim Әli bәy!
                     Әgәr dünyanın bütün şeytanları bir yerә yığılıb Şәrqә
                  qarşı çevrilmiş cәhәnnәm planı qurmaq istәsәydilәr, yenә dә
                  taleyin hökmü ilә kainatın bu hissәsindә hökm sürәn indiki
                  müdhiş dağıdıcılıq, hәr şeyi xarabazara çevirmә üsullarından
                  daha mükәmmәl bir şey fikirlәşә bilmәzdilәr. Digәr tәrәfdәn,
                  әgәr cahanşümul hadisәlәr, bütün inkişaf vә dirçәlişlәr sonda
                  rәngarәng gülzara vә bol bәhrәyә qovuşmaq üçün mütlәq
                  qurbanlar, hәm dә qanlı qurbanlar tәlәb edirsә, o zaman
                  yaşadığımız günlәr özünün dәhşәtlәri ilә nә qәdәr faciәli
                  olsa da, yenә bәdbinliyә vә ümidsizliyә qapılmağa dәymәz.
         536            Xüsusәn dә bizlәrә – çiyninә ölçüyәgәlmәz dәrәcәdә
                  böyük yük götürmüş insanlara, mövcud vәziyyәtin bütün
                  ağırlığına baxmayaraq, ümidsizliyә qapılmaq olmaz. Mәnim
                  әzizim, indi özüm dә, yәqin ki, bәzәn imkanlarımın hüdudlarını
                  aşmasına baxmayaraq, mәhz belә hәrәkәt etmәyә, ruhumun
                  diriliyini qoruyub saxlamağa çalışıram. Әziz dostum, eyni
                  şeyi sәnә dә mәslәhәt görürәm. Üstәlik dә, böyük Yaradan
                  hәyatın hәr dürlü çәtinlik vә mәhrumiyyәtlәrini dәf etmәk
                  üçün sәni sәbir baxımından incik salmayıb. Artıq iki aydır
                  ki, kimlәrin idarә etdiyini bilmәdiyim ölkәmdәn, necә vә
                  nәyin hesabına yaşadıqlarından xәbәrsiz qaldığım ailәmdәn
                  tamamilә uzaq düşmüşәm... Әgәr belә davam edәrsә, tezliklә
                  özüm dә, buradakı nümayәndә heyәtimiz dә ehtiyac girdabında
                  boğulanların sırasına qoşulacağıq. Fransada,  Almaniyada,
                  İtaliyada tәhsil alan 78 azәrbaycanlı tәlәbәnin aqibәti necә
                  olacaq? Hәtta bu barәdә düşünmәk özü dәhşәtlidir! Lakin
                  rәdd olsun bәdbinlik! Yaxşısı budur, özümüzü daha gözәl
   531   532   533   534   535   536   537   538   539   540   541