Page 541 - design_Topcubashov_Full_Layout 1
P. 541

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           birimizi, sonra isә hamını bu qara illәrdә çәkdiklәrimizlә,
           için-için yaşadıqlarımızla tanış etmәk üçün... Bütün bu gizli
           hәqiqәtlәrin bizdәn – türk xalqını saf mәhәbbәtlә sevәn,
           onun xoş gәlәcәyi naminә qurbanlar vermәyә hәr an hazır
           olan insanlardan eşidilmәsi hәm ibrәtamiz, hәm dә tәsirli
           olar.
               Mәn hәm özümü, hәm dә sәni belә bir işә dәvәt edirәm.
           Әhatә edәcәyimiz dövr, әsasәn, 1918-ci ildәn bizim günlәrә
           qәdәrki zaman kәsimi olmalıdır. Razılığını alandan sonra
           işin tәfәrrüatlı planını göndәrәcәyәm.
               Fikrimcә, niyyәtimizi daha asan vә tez hәyata keçirmәyin
           yolu da mövcuddur. Bu da mәnim qarşımıza qoyduğum
           vәzifәni yerinә yetirmәk üçün Konstantinopola köçә
           bilmәyimdәn asılıdır. Bәlkә, onda ürәyimdә bәslәdiyim
           arzunu, hәqiqәtәn dә, yerinә yetirә bilәrdim. Lakin tәәssüf
           ki, indi bu barәdә danışmağa tam qәrarlı deyilәm. Çünki
           bilmirәm, mәn Konstantinopol üçün arzu olunan qonağammı.
                                                                       541
           Unutma ki, mәn yalnız bitib-tükәnmiş deyil, hәm dә yatağa
           pәrçimlәnmiş adamam... Yıxılana isә kefi istәyәn hәr adam
           hәvәslә tәpik atır... Bundan әlavә, mәnim başqa bir böyük
           minusum da var: indi ailәmlә birlikdә qürbәtdә çox çәtin
           günlәr keçiririk.  Yaşamaq üçün zәruri vәsaitimiz çoxdan
           tükәnib... Belә vәziyyәtdә bizim әsrdә adamın nazı ilә çox
           oynamırlar...
               İndәn sonra bütün mәktublarımızı mütlәq qoruyub
           saxlamaq vә ardıcıl şәkildә sıralamaq lazımdır. Dәqiq ünvanını
           bilmәdiyimdәn, hazırkı mәktubu “1” sayı ilә qeyd edәrәk
           Әlәşrәf bәylә 598  göndәrirәm. Mәktubların mәzmunu barәdә
           hәlәlik heç kәsә heç nә demәk lazım deyil. Belәcә, yolumuz
           açıq olsun!..
               Mәn vә bütün ailәm sәnә, Әdhiyyә xanıma  599  sәmimi
           salamlarımızı göndәrir, uşaqlarınızı bağrımıza basıb öpürük.
           Onlar indi, tәbii ki, xeyli böyüyüblәr. Mәnimkilәr barәdә
   536   537   538   539   540   541   542   543   544   545   546