Page 546 - design_Topcubashov_Full_Layout 1
P. 546
Əlimərdan bəy Topçubaşov
Әhmәd bәy Ağaoğlu ilә birlikdә mәni xatırladığınızı vә
mәni dә yanınızda, özünüzlә bir yerdә görmәyi arzuladığınız
haqda ikicә kәlmә yazsaydınız, çox xoşhal olar, sevinәrdim.
Bu müddәt әrzindә mәn dә daim xәstә olmuşam. Baş
ağrılarından, tәngnәfәslikdәn, qara ciyәrimdәki problemlәrdәn
әziyyәt çәkmişәm. Barmaqlarımın oynaqlarında, xüsusәn
dә sol әlimdә başlayan ağrılar bir an da olsun toxtamayıb.
Qismәn dә bu sәbәbә görә son vaxtlar yalnız kimyәvi
karandaşla yazıram. Bütün ailә mәnimlә birlikdә Әdhiyyә
xanıma vә sәnә atәşin salamlar göndәrir. Uşaqları öpürük.
Hamınız sağ-salamat qalın. Yazmağı yaddan çıxarma.
Sәni ürәkdәn sevәn Әlimәrdan Topçubaşi
А.М.Топчибаши. Документы из личных архивов.
1903–1934 гг.
Москва, 2012, с. 188–191.
546