Page 551 - design_Topcubashov_Full_Layout 1
P. 551

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq



                    MӘHӘMMӘD ӘMİN RӘSULZADӘYӘ


                                            4/14/15 aprel 1924-cü il
                                                         St. Cloud

               Çox hörmәtli Mәhәmmәd Әmin!
               Çox böyük kәdәrlә Bakıda qurbanları arasında bu dәfә
           bir sıra digәr şәxslәrlә birlikdә şair Әhmәd Cavadın 604  vә
           Әli Yusifin 605  olduğu yeni hәbslәr haqqında eşitdim. Hәr
           ikisinә ürәkdәn heyifsilәnirәm.  Yaxşı yadımdadır ki, Әli
           Yusifi şәrin, pisliklәrin, intiqam vә yalanın hökm sürdüyü
           yerә getmәmәsi üçün nә qәdәr dilә tutmuşdum...
           Tәәssüflәnmişdim ki, hәqiqәtәn dә, çox faydalı ola bilәcәyi
           vә bunu iki dәfә әmәli surәtdә göstәrdiyi nümayәndә heyәtindә
           onu daimi işlә tәmin etmәk üçün heç bir imkanım yoxdur.
           Deyәsәn, sonda onu geri qayıtmaqdan çәkindirmәk üçün
           başqa bir tutarlı dәlil-sübutum qalmamışdı. Nәticәdә, bütün  551
           işlәrindә çox ehtiyatlı davranacağı ilә bağlı söz verib Bakıya
           döndü. Zavallı gәnc unutdu ki, vәhşi stixiyanın dağıdıcı
           qüvvәsi qarşısında heç bir ehtiyatlılıq kömәk edә bilmәz!
           Vә qarşısına çıxan hәr şeyi mәhv edәn rus bolşevizmi adlı
           bu dәhşәtli qara qüvvә yaxın gәlәcәkdә dә hәrәkәtini eyni
           tәrzdә davam etdirsә, o zaman Azәrbaycanın bütün ziyalılarının,
           bütün gәnclәrinin mәhv edilәcәyindәn, hәqiqәtәn dә, tәlaşa
           düşmәk olar. Belәcә, ölkәni tam başsız qoymaq, onu daha
           güclü şәkildә öz әsarәtinә tabe etmәk – haqqımızı tapdalayan
           işğalçı-zülmkarların xüsusi sinizmlә can atdıqları son hәdәf
           budur.
               Tәsәlli vermәk üçün yazmıram, amma tәsvir etdiyim
           dәhşәtli mәnzәrәni tamamlamaq üçün bildirmәliyәm ki,
           qonşu Gürcüstanda repressiyalar daha qorxunc şәkil alır,
           fәhlә vә kәndlilәrә, xüsusәn dә ziyalılara amansızlıqla divan
           tutulur. Hәm dә bütün әlamәtlәrindәn dә aydın göründüyü
   546   547   548   549   550   551   552   553   554   555   556