Page 553 - design_Topcubashov_Full_Layout 1
P. 553
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
әsasımız yoxdur. Özümüz xalqlarımızın timsalında yerlәrdә
daha çox fәallıq göstәrmәli, eyni zamanda yeni, gәnc Türkiyә
ilә sıx yaxınlaşma yolunu tutmalıyıq. Görüş vә danışıqlar
zamanı bәzәn mәsәlәyә ciddi yanaşmadıqları nәzәrә çarpırdı,
daha dәqiq desәm, bizimlә әlaqә yaratmağın, yaxud maraqları
uzlaşdırmağın çәtinliyi xüsusi vurğulanırdı. Yaxud Avropa
ölkәlәrindә sәnaye kapitalizmi vә fәhlә sinfinin artıq hәr
yerdә uca sәslә, get-gedә artan tәkidlә, az qala, bütün keçmiş
Rusiya imperiyasını nәzarәti altına almış bolşeviklәrin әlindәki
zәngin “xammal ehtiyatları”ndan istifadә etmәsinin vacibliyini
sovet rejimi ilә yaxınlaşma hesabına ölkәnin zәngin tәbii
sәrvәtlәrindәn yararlanmaq tәlәblәrini açıq mәtnlә diqqәtimizә
çatdırırdılar. Bolşevizm isә artıq neçә illәrdir ki, bütün
etirazlara, xalq qәzәbinin sonsuzluğu, rejimin tezliklә çökәcәyi
haqqındakı and-amanlara, peyğәmbәrliklәrә baxmayaraq,
mövcudluğunu sürdürür. Vәziyyәtin belә şәkil aldığı şәraitdә
“işlәrimizlә maraqlanmamağın” nәticәsi kimi meydana çıxan
soyuqluq daha çox hiss olunurdu, ünsiyyәt daha az-az baş 553
tuturdu, öncә qurulmuş münasibәtlәr әhәmiyyәtini itirmәyә
başlayırdı. Hamıdan әvvәl İtaliya bizdәn üz döndәrdi. Onun
hakimiyyәt tәmsilçilәri hәtta Zaqafqaziya milli nümayәndә
heyәtlәrinin pasportlarına viza vermәkdәn boyun qaçırmağa
başladılar. Hazırda isә italyanlarla adi әlaqә yaratmağın özü
dә çox böyük çәtinliklәr bahasına başa gәlir. Sonra ingilis
hökumәti bütün nümayәndә heyәtlәrinin üzvlәrinә diplomatik
vizaların verilmәsinin dayandırılması haqda qәrar çıxardı.
İndi zәrurәt yarandığı tәqdirdә yalnız adi vizalardan istifadә
etmәk lazım gәlir. Heç olmazsa, buna görә sağ olsunlar!
Fransa Xarici İşlәr Nazirliyi dә eyni addımı atmaq niyyәtindә
idi. Lakin çәtinliklә dә olsa, әvvәlki vәziyyәti bәrpa etmәk
mümkün oldu. İşdir, әgәr yaxın vaxtlarda Fransa Sovetlәri
tanısa, tәbii ki, münasibәtlәr dәrhal pisә doğru dәyişәcәkdir.
Әlbәttә, söhbәt bu vә ya digәr pasport vizasının
әhәmiyyәtindәn getmir. Әhәmiyyәtli olan yanaşma tәrzi vә