Page 550 - design_Topcubashov_Full_Layout 1
P. 550
Əlimərdan bəy Topçubaşov
sabah yox, birisigün keçirilәcәk iclasında hәmin mәsәlәni
gürcülәrlә birlikdә müzakirә edәcәyik.
Bәli, sonuncu sayılmasa da, çox güclü zәrbә almışıq. Bu
isә onsuz da ağır olan vәziyyәtimizi bir xeyli çәtinlәşdirib.
Çoxdan bәri qanadlarını üstümüzә gәrәn lәnәtә gәlmiş
dözülmәz maddi vәziyyәti dә buraya әlavә etsәk, insanı son
dәrәcә әzәn, ruhdan salan ab-hava içindә olduğumuz aşkara
çıxır. Belә bir şәraitdә üstәlik xәstәlәnmәk hәmin qaramsar
rәnglәri daha da tündlәşdirir. Bir sözlә, mәnzәrәnin nә qәdәr
kәdәrlәndirici olduğunu tәsәvvürünüzә gәtirә bilәrsiniz...
Ancaq Allah böyükdür! Ümidimi üzmürәm.
Hәmişәki kimi, Sizә vә bütün hәmkarlarımıza sәmimi
salamlarımı göndәrirәm. Xahiş edirәm, mәni xoş xatirәlәrlә
andığına görә Abbasqulu Kazımzadәyә 603 minnәtdarlığımı
vә salamlarımı yetirәsiniz.
А.М.Топчибаши и М.Э.Расулзаде. Переписка.
550 1923–1926 гг.
Москва, 2012, с. 23–24.