Page 555 - design_Topcubashov_Full_Layout 1
P. 555
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
ilә çıxış etmişәm. Mәruzәmin yekun hissәsindәki nәticәlәrin
әks olunduğu nüsxәni sizә göndәrirәm.
Tәbii ki, yuxarıda deyilәnlәrdәn bizim mәsәlәmizin
burada tam ümidsiz vәziyyәtә düşmәsi qәnaәtinә gәlmәk
olmaz. Çünki taleyin bütün oyunlarına baxmayaraq, bizim
mәsәlә hәmişә, xüsusәn dә Sovet Rusiyasındakı vәziyyәtlә
bağlı müzakirәlәr zamanı qaldırıla bilәr vә qaldırılmalıdır.
Ona görә dә indi burada bizә münasibәtdә yaranmış son
dәrәcә kәdәrli şәraitә baxmayaraq, heç bir vәchlә nәinki
işimizi dayandırmaqdan, hәtta meydanı boş buraxıb kәnara
çәkilmәkdәn әsla söhbәt gedә bilmәz. Hәlә orasını demirәm
ki, qonşularımızın tәşkilatları fәaliyyәtlәrini davam etdirirlәr.
Yalnız üzlәşdiyimiz mövcud çәtinliklәrdәn çıxış edәrәk
müәyyәn dәyişikliklәr, işin xarakter vә istiqamәti ilә bağlı
yeniliklәr haqda danışmaq mümkündür. Hәmin dәyişiklik
vә yeniliklәr dә sadәcә indiki çәtinliklәrin tәbiәtindәn
doğmalı, onlardan xilas olmaq üçün vasitәyә çevrilmәlidir.
Buradakı işimizin vaciblik vә әhәmiyyәtini bir daha 555
vurğulamaq şәrti ilә belә bir hәqiqәti dә tәsdiq etmәk zәruridir
ki, indi fәaliyyәtimiz üçün әsas ağırlıq mәrkәzi Şәrqdә,
sәrhәdlәrimizә yaxın yerlәrdә olmalıdır. Hәm dә bu yalnız
dünәn meydana çıxan zәrurәt deyil, әvvәllәr dә belә olub vә
aradan keçәn bütün müddәt әrzindә aktuallığını saxlayıb.
Tәsadüfi deyil ki, Lozanna konfransından sonra bizi Yaxın
Şәrqә göndәrmәklә bağlı mәslәhәtlәri daha tez-tez eşitmәk
mümkündür. O Yaxın Şәrqә ki, Avropa dövlәtlәri orada
özlәri üçün tәhlükә görür vә bizi dә getmәkdәn çәkindirirdilәr.
Demәyә ehtiyac varmı ki, bütün bu illәr әrzindә biz heç
nәyә baxmadan mәhz hәmin istiqamәti, özümüzә yaxın vә
doğma olan yerlәri qәtiyyәn diqqәtdәn yayındırmamışdıq.
Lakin bәzәn müәyyәn ani işartıları diqqәtimizi çәksә dә,
indiyә qәdәr özümüzә münasibәtdә zәrüri olan hәssaslığı,
yanğını hiss etmәmişik. İnanıram ki, müvәqqәti vә daha çox
ilk baxışdan belә görünәn “soyuqluq” ötüb keçәcәk, tәbii