Page 559 - design_Topcubashov_Full_Layout 1
P. 559

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


                                    * * *
               “Yeni Kafkasya”da әmәkdaşlığımla bağlı mәsәlә ilә
           mәktuba yekun vurmaq istәyirәm. Gizlәtmirәm ki, bәhs
           etdiyim әmәkdaşlığın sәviyyәsindәn özüm dә mәmnun
           deyilәm. Çünki tәsadüfi işlәrә öyrәnmәmişәm. Ona görә dә
           hәlә noyabr ayında “Yeni Kafkasya”da mәqalәlәrlә çıxış
           edәcәyim barәdә Sizә yazanda bu işi müәyyәn plan üzrә
           aparılan sistemli yaradıcı fәaliyyәt kimi tәsәvvür edirdim.
           Tәәssüf ki, çәtinliklәr meydana çıxdı. Onların bir hissәsi
           proqram vә nәşrin texniki şәrtlәri ilә, digәr hissәsi isә mәnim
           özümlә bağlı idi. Güman edirdim vә indi dә hәmin fikirdәyәm
           ki, “Yeni Kafkasya” jurnalı öz qarşısına bütünlükdә rus
           bolşevizminә vә xüsusәn dә bizim ölkәnin vәziyyәtinә
           münasibәt mәsәlәsindә türk ictimai fikrinә müәyyәn tәsir
           göstәrmәk vәzifәsini qoymalıdır. Bu iş qismәn yerinә yetirilir.
           Lakin Siz hesab edirdiniz ki, ölkәmizin hüdudlarından
           kәnarda yaşayan hәmvәtәnlәrimizә dә mәnәvi qida vermәk
           lazımdır. Әlbәttә, çox yaxşı olardı ki, biz gündәlik böyük  559
           qәzet vә hәftәlik böyük jurnal nәşr etmәk imkanına malik
           olaq, onlarda cari siyasi hәyat, iqtisadiyyat, әdәbiyyat, elm,
           mәdәniyyәt vә s. bölmәlәri fәaliyyәt göstәrsin. Amma buna
           gücümüz vә vәsaitimiz yoxdur. Mәn әvvәlcә, Sizin istәdiyiniz
           kimi, ümumi siyasәtin icmalını vermәk istәyirdim. Lakin
           son dәrәcә zәngin mәzmunlu vә belә sürәtlә dәyişәn proses
           barәsindә iki hәftәdә bir dәfә söhbәt açmaq nә dәrәcәdә
           mәqsәdәuyğundur? Mәnә elә gәldi ki, iki hәftәdә bir dәfә
           ingilislәrin, italyanların, ispanların vә başqalarının mәqsәdlәri
           haqda danışmaq vә bu zaman Şәrqdә cәrәyan edәn maraqlı
           proseslәr, yaxud xilafәt barәdә yerli-dibli susmaq tamamilә
           anormal bir hadisә vә yanaşma tәrzi olardı. Lakin indi bizә
           dә aidiyyәti olan bu sonuncu mәsәlәlәr barәdә yazmaq
           mümkündürmü? Bir sözlә, mәnim fikrimcә, jurnal indiki
           şәraitdә yalnız istiqamәtinә deyil, mәzmununa görә dә
           istisnasız şәkildә antibolşevik xarakter daşımalıdır; kütlәnin
   554   555   556   557   558   559   560   561   562   563   564