Page 564 - design_Topcubashov_Full_Layout 1
P. 564

Əlimərdan bəy Topçubaşov


                           MӘHӘMMӘD ӘMİN RӘSULZADӘYӘ

                                                      20 oktyabr 1925-ci il
                                                                St. Cloud

                     Çox hörmәtli Mәhәmmәd Әmin!
                     Avqustun 5-dә Xolovka   613  vasitәsi ilә göndәrdiyiniz
                  mәktubu yalnız oktyabrın 2-dә aldım.  Avqustun 12-dә
                  yazdığım mәktub kağızınıza cavab kimi qәbul oluna bilәr.
                  Sonra Sizdәn Konfederatlar Komitәsi 614  ilә bağlı 19 oktyabr
                  tarixli başqa bir mәktub aldım. Göndәrdiyiniz mәlumatlar
                  nümayәndә heyәtinin iclasında açıqlandı. Bu günlәrdә isә
                  Üçlәr müşavirәsi 615  hәmin mәsәlәyә hәsr edildi. Mәlum oldu
                  ki, Parisdә heç bir tәşkilat adı çәkilәn komitә tәrәfindәn
                  onun sonuncu demarşları, xüsusәn dә diplomatlarla söhbәtlәri
                  barәdә müstәqim şәkildә heç bir mәlumat almayıb. Eyni
                  zamanda Konfederatlar Komitәsi hәlә dә Parisdәki Azadlıq
         564      Komitәsinin 616  mәktubuna cavab vermәyib. Hәmin mәktubda
                  isә onun öz tәrkibindә bütün tәmayüllәrin nümayәndәlәrini
                  birlәşdirmәsi tәklif olunurdu. Sizin “Mdivani 617  ilә indiki
                  şәkildә Konfederatlar Komitәsinin işindә iştirak etmәyi
                  özünüz üçün mümkün saymamağınız” haqqında mәlumatınız
                  hәmin qurumun indiyә qәdәr susması mәsәlәsinә müәyyәn
                  aydınlıq gәtirir.
                     İstәr  Azәrbaycan nümayәndә heyәti, istәrsә dә Üçlәr
                  müşavirәsi hәmrәy şәkildә dost dövlәtlәrin tәmsilçilәri ilә
                  danışıqlarda Konstantinopol kimi mühüm bir mәrkәzdә ayrı-
                  ayrı Qafqaz qrupları arasında münaqişәlәrin dәrinlәşdirilmәsi
                  kimi son dәrәcә ziyanlı bir tәmayülә yol verilmәsi (xüsusәn
                  dә indiki kimi hәyәcanlı bir zamanda!) mәsәlәsinә olduqca
                  tәәssüflәndiyini bildirdi. Hәr iki iclasda bir daha vurğulandı
                  ki, partiya, qrup vә digәr fikir ayrılıqlarının mövcudluğu
                  şәraitindә Qafqaz xalqlarının (azәrbaycanlılar, gürcülәr,
                  dağlılar) hazırkı tәşkilatlarının hәmrәy mövqedәn çıxış etmәsi
   559   560   561   562   563   564   565   566   567   568   569