Page 569 - design_Topcubashov_Full_Layout 1
P. 569
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
yazı makinasında bir neçә nüsxәdә yazılmışdı. Onları babaları
haqqında xatirә kimi uşaqlarımın arasında payladım. Mәndә
bir nüsxә dә qalmayıb. Lakin böyük qızımda var. Düşünürәm
ki, onda olan nüsxәdәn Hәsәn bәy vә “Әkinçi” haqqında
bәzi mәlumatlar götürә bilәrsiniz. İstәyirsinizsә, kürәkәnim
Әlәşrәf bәy Sultanoğluna müraciәt edin, o, hәmin nüsxәni
bir-iki günlüyә sizin ixtiyarınıza verә bilәr. Әgәr hәr hansı
bir dәyişiklik etsәniz, mәnbәni göstәrmәyә bilәrsiniz. Hәr
ehtimala qarşı kürәkәnimin ünvanını Sizә göndәrirәm:
1) Adrian han (karvansara), Qalata, Konstantinopol.
2) Çie Hürriyyәt, Villa Zәki bәy, San-Stefano.
“Yeni Kafkasya”nın 8-ci sayını aldım. Çox sağ olun.
2 fevral tarixli mәktubuma cavab gözlәyirәm.
Salamlarımı göndәrirәm.
Sizә hörmәtlә,
Әlimәrdan T.
569
P.S. Buradakı ermәni dairәlәri Zaqafqaziyada kütlәvi
hәbslәrin aparılması haqqında mәlumat yayıblar. 1500 nәfәrdәn
çox adamın saxlandığını deyirlәr, onlardan 1000 nәfәrdәn
çoxu Azәrbaycandan vә Gürcüstandandır.
Bizim kimi gürcülәrin dә mәsәlәdәn heç bir mәlumatı
yoxdur. Әgәr bu barәdә hәr hansı bilginiz varsa, xahiş edirәm,
tәcili şәkildә mәnә dә çatdırın.
А.М.Топчибаши и М.Э.Расулзаде. Переписка.
1923–1926 гг.
Москва, 2012, с. 127–128.