Page 574 - design_Topcubashov_Full_Layout 1
P. 574

Əlimərdan bəy Topçubaşov


                  meydana çıxan türk tәhlükәsi, türklәrin Avropa mәdәniyyәti
                  vә sivilizasiyasını mәhv etmәk ehtimalı ilә qorxudurlar.
                  Lakin gәlin biz dә vaxtilә amerikalıların sifәtinә sәrt mәzәmmәt
                  kimi aşağıdakı sözlәri çırpan Kiplinqin 629  ardınca tәkrar
                  edәk: “Müharibә sayәsindә siz ciblәrinizi qızılla doldurdunuz,
                  biz isә ruhumuzu xilas etdik”.
                     Hәlәlik burada türklәrә münasibәtdә fikirlәrin dәyişmәsi
                  haqda düşünmәk dә istәmirsәn. Lakin zәnnimcә, simptomlar
                  artıq yetişir.
                     Sentyabrın 6-da vә 9-da Smirnanın (İzmirin –  Tәrc.)
                  alınmasından sonra iki dәfә Fәrid bәy 630  vә Nәbi bәyin
                  yanında olmuşam. Nümayәndә heyәti adından qәlәbә
                  münasibәti ilә onlara tәbriklәrimi çatdırmışam. Bu barәdә
                  lazımi yerә xәbәr vermәlәrini xahiş etmişәm. Hәr iki görüşdә
                  sәmimi fikir mübadilәsi oldu. Tezliklә Anadolu vә Azәrbaycanın
                  daha xoş gәlәcәyә qovuşmaları ilә bağlı ümidlәr ifadә edildi.
                  İkinci dәfә Fәrid bәylә artıq Bakı–İzmir dәmir yolu layihәsi
         574      haqda danışdıq. Yaxın vaxtlarda qarşılıqlı görüşlәrin sayını
                  artıracağam. Güman edirәm ki, bunun nәticәsindә
                  münasibәtlәrimiz daha da yaxınlaşacaq. Sonra onlar ikisi
                  birlikdә mәni ziyarәt etdilәr. Sizin adınıza Fәrid bәyin vizit
                  kartını aldım, bu mәktubla birlikdә göndәrirәm. Bizim tәlәbәlәr
                  vә digәr azәrbaycanlılar da onunla görüşüblәr. Mәhәmmәd
                  Әmin Rәsulzadә indi Helsinqforsdadır (Helsinki). Ondan bir
                  neçә mәktub almışam. Cavabında pasport vә teleqram yolladım.
                  Bir müddәt әvvәl özü dә Helsinqforsda olan vә görüşmәk
                  üçün dünәn mәnә baş çәkәn Sәdri Maqsudinin dediyinә görә,
                  tezliklә Parisә sәfәr etmәk niyyәtindәdir.  Adınıza gәlmiş
                  mәktubu göndәrirәm. Konstantinopoldan hamı tәrәfindәn
                  ümumi razılığın böyük mәmnunluq hissi ilә verilmәsi xәbәrini
                  aldıq. Maliyyә vәsaiti ilә bağlı axtarışlarımızın nәticәlәri
                  barәdә mәlumat çatdırmağı xahiş edirlәr.
                     Hansı nәticәlәrdәn söhbәt gedә bilәr? Hәlәlik heç nәdәn!
                  Soruşursunuz ki, gәlәcәklә bağlı planlarımız nәdir vә Siz nә
   569   570   571   572   573   574   575   576   577   578   579