Page 577 - design_Topcubashov_Full_Layout 1
P. 577

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           qonağımıza xәbәr verәrәm. Amma başqa bir xoşagәlmәz
                                                  1
           mәsәlә var: qәzetlәr yenidәn Xәlilin ölümü barәdә yazmağa
           başlayıblar. O da mәndәn soruşdu vә bildirdi ki, bu barәdә
           çox tәkidli şәkildә danışırlar. Düşünürәm ki, qonağımızın
           mәndәn eşitdiklәrindәn başqa, heç nәdәn xәbәri yoxdur. Bu
           gün isә marşal L.-in 634  iştirakı ilә mәscid mehrabının
           bünövrәsinin qoyulması mәrasimindә Franklin Bulyon, Fәthi
           bәy 635  vә digәrlәri ilә bir yerdә olduq. Heç kimin heç nәdәn
           xәbәri yoxdur. Yalnız Çokay 636  tәxminәn sentyabrın 5-i ilә
           10-u arasında mәktub aldığını vә hәmin mәktubda Xәlilin
           yüngül yaradan sonra yenidәn öz işinin başına döndüyü
           barәdә mәlumat verildiyini dedi.
               Fәthi bәylә iki dәfә görüşmüşәm. Birinci dәfә (10 oktyabr)
           uzun-uzadı söhbәt etdik. Son dәrәcә lütfkar vә diqqәtcildir.
           Lakin gәtirdiyi dәlillәr әvvәlkilәrdir: bizim mәsәlәmiz yalnız
           sülh müqavilәsi bağlanandan sonra gündәliyә çıxa bilәr;
           bolşeviklәrlә rabitәni heç bir halda qırmaq olmaz; biz dә öz
                                                                       577
           bolşeviklәrimizlә әlaqә saxlamalı, yaxud xalqı üsyana
           qaldırmalıyıq; bizi, çәtin ki, konfransa buraxsınlar; Boğazlar
           mәsәlәsindә 637  siz gürcülәrdәn az maraqlı deyilsiniz; lakin bu
           mәsәlә ilә bağlı ayrıca konfrans keçirilәcәk; hәmin konfransa
           kimin – milli hökumәtin, yoxsa indiki Sovet  Azәrbaycanı
           hökumәtinin nümayәndәlәrinin buraxılması mәsәlәsindә... biz
           susacağıq! Söhbәtlә bağlı әtraflı qeydlәr hazırladım, surәtini
           Konstantinopola yolladım. Xahiş etdim ki, Türkiyәnin digәr
           nümayәndәlәrinin dә belә düşünüb-düşünmәdiklәrini
           araşdırsınlar. Bu günlәrdә yenidәn Fәthi bәylә görüşәcәyәm...
                                         638
               Konstantinopola – Rәfiyevә , Xasmәmmәdova,  Tağı
                 639
           Rzaya , Trabzonda doktor Xosrov bәy Sultanova    640  bir
           neçә mәktub göndәrdim.  Artıq mәktubları yola salandan
           sonra Rәfiyev vә Rzadan birinin digәri haqda xoşagәlmәz


           1  Xәlil bәy 1920-ci ilin iyununda Tiflisdә ermәni terrorçuları tәrәfindәn ağır
           yaralanmışdı. (Tәrc.)
   572   573   574   575   576   577   578   579   580   581   582