Page 581 - design_Topcubashov_Full_Layout 1
P. 581
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
Dağlılarla görüşә qalanda, әgәr onlar bu hәftәnin şәnbә
günü (saat 3–7 arası) gәlә bilsәydilәr, çox mәmnun qalardım.
Amma şәnbә günü “le jour de l`annee” (fr.: “ilin günü”;
Fransada ildә bir dәfә qeyd edilәn xüsusi gün – Tәrc.)
olduğundan hәmin görüşü bu bazar gününә, yaxud bazar
ertәsinә (axşamüstü saat 3–7 arası) keçirmәk mümkündür.
Bir şәrtlә ki, gürcülәrlә birgә iclasımız gününә tәsadüf
etmәsin. Xahiş edirәm, bu barәdә Heydәr bәy Bammatla
danışasınız vә üzәrindә dayandığınız gün barәsindә hәm
mәnә, hәm dә Xosrov bәy Sultanova xәbәr çatdırasınız.
Xosrov bәy arada mәnimlә görüşmәk istәyir.
Ümid edirәm ki, o vaxta qәdәr Sizin dә işlәriniz qaydaya
düşәr. Bunu ürәkdәn arzulayıram vә çox tәәssüflәnirәm ki,
belә vәziyyәtdә sizә hәr hansı şәkildә, işә yarayan bir tәrzdә
kömәk edә bilmirәm. Ümumi salamımızı vә tezliklә sağalması
ilә bağlı arzularımızı Zora xanıma çatdırın. Uşaqları öpürük.
Bizim Әnvәr hәlәlik yorğan-döşәkdәdir, Pәri xanım da heç
cür sağala bilmir. 581
Belәliklә, әvvәlcә Heydәr Bammatla danışın, sonra әldә
olunmuş nәticәdәn çıxış edәrәk Çxenkeliyә mәlumat verin.
Amma eyni zamanda onu da bildirin ki, nә qәdәr istәsәm dә,
bu cümә axşamı iclasa heç cür gәlә bilmәrәm.
Әlinizi sıxıram.
Sizin Ә.Topçu
А.М.Топчибашев. Избранные произведения.
В 4-x томах, т. 4.
Баку, 2015, c. 120–121.