Page 583 - design_Topcubashov_Full_Layout 1
P. 583
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
Çıxarılmış qәtnamәdә sәdrdәn Mәrkәzә bildirmәk xahiş
edilir ki, maliyyә fәaliyyәti dә daxil olmaqla, hәlli tәlәb
olunan bütün mәsәlәlәr son dәrәcә mühümdür vә qurultay
toplanmayınca onların müzakirәsi imkan xaricindәdir. Qurultay
isә avqustun 15-dә, istәnilәn halda avqustun sonundan gec
olmayaraq baş tutmalıdır. Bu tәlәbdәn çıxış edәrәk elә günü
bu gün qurultayla bağlı sayca üçüncü mәktubu göndәrirәm.
Qәti şәkildә bildirirәm ki, qurultayın gecikdirilmәsi birlәşmә
niyyәtimizә xoşagәlmәz tәsir göstәrә bilәr.
Belәliklә, indi burada Mәrkәzә qarşı, böyük ehtimalla,
hәtta onun tәrәfini saxlayanlar arasında da tәnqidi әhval-
ruhiyyә formalaşıb. Mir Yaqub açıq şәkildә bildirdi ki,
vaxtilә o, Müvәqqәti mәrkәzin yaradılması ilә razılaşmışdı.
Lakin artıq aradan iki aydan çox zaman keçib. Amma hәlә
dә dәqiq bilinmir ki, qurultay çağırılacaq, yoxsa yox. Әgәr
qurultay avqustda baş tutmayacaqsa, o zaman, demәli,
“müsavatçılar” onun keçirilmәsini istәmirlәr. İndiki vәziyyәt
onlara sәrf edir vә s. vә i. a. Әgәr belәdirsә, hәr hansı Mәr - 583
kәz haqqında ümumiyyәtlә, söhbәt ola bilmәz. Biz nümayәndә
heyәti kimi әvvәlki vәziyyәtimizdә qalırıq. Başqaları da
onun fikirlәrinә tәrәfdar çıxdılar.
Әgәr iclas bir az fәrqli sonluqla tamamlanmasaydı, bütün
bunlar yaxşı idi. İyulun 16-da iki bәyanat sәslәndi:
1) Mәhәmmәdlә Abbas iyun ayından etibarәn hәr birinә
aylıq 1200 frank vәsait verilmәsini istәdilәr; 2) Mir Yaqub
Parisә gәldiyi (?) may ayı üçün 1200 frank ödәnilmәsini
tәlәb etdi. Mәn xeyli tәrәddüd keçirdim, müәyyәn dәlil-
sübutlar gәtirdim. Lakin onlar da mövqelәrindә israr edirdilәr.
Axırda hәr iki tәlәbi yerinә yetirmәklә bağlı qәrar qәbul
olundu. Hәm dә mәn bu zaman belә prinsipdәn çıxış etdim
ki, maaş verilmәsi nümayәndә heyәtinin üzvlәrini bir-birlәrinә
daha sıx bağlayacaq. Bu әhval-ruhiyyәni onlarda da sezdim.
Demәli, indi nümayәndә heyәtinin bütün üzvlәri maaş
alacaqlar, yәni faktiki surәtdә işdә sayılacaqlar. Görәk növbәti