Page 586 - design_Topcubashov_Full_Layout 1
P. 586
Əlimərdan bəy Topçubaşov
üzvlәri iştirak edirdi. Heydәr Bammatla Kılıç Girey dә
dәvәtli idilәr. Tәbii ki, G.Qvazava da oradaydı. Çünki sәhәr
yemәyi “Prometey”in dostları üçün verilirdi. Tәәssüf ki, Siz
yox idiniz. Amma Heydәr bәy gәldiyinә heyifsilәnirdi.
Yemәkdәn sonra Qoluvka ilә ayrılıqda söhbәt etdim.
Azәrbaycan Mәrkәzinin yaranmasına heyranlığını, dağlıların
daxili mәsәlәlәri ilә bağlı narazılığını bildirdi. Deyәsәn,
hara isә istirahәtә gedir. Oktyabrın әvvәllәrindә qayıdacaq.
O zaman ayrıca mәnimlә görüşmәyә gәlәcәk. İndi isә
üzrxahlığını bildirdi.
V.Dumbadze, elәcә dә Ramişvili ilә işgüzar söhbәt üçün
gәlәn hәftә görüşәcәyik. A.Çxenkeli hәlә qayıtmayıb, Tapa 651
da harasa yoxa çıxıb. Xosrov bәydәn mәktub almışam. Üç
ay әvvәl İstanbuldan göndәrilmiş intibahnamәnin nәticәsi
kimi Bakıda, Gәncәdә, Qarabağda hәyata keçirilәn hәbslәr,
sürgünlәr, tәzyiqlәr haqqında әtraflı mәlumat verir.
“Müsavat”çıların kölgәsini qılınclayır, mәni bir daha onların
586
uydurmalarına inanmamağa çağırır. Bir qara qәpiksiz qaldığını
yazır, kömәk göstәrmәyimizi xahiş edir. Gәlәrsiniz, danışarıq.
Bu barәdә Mәhәmmәd vә Mir Yaqubla müzakirә açmaq
istәmәdim. Hәr ikisinin, xüsusәn dә sonuncunun Xosrov
bәyә münasibәti o qәdәr dә xoş deyil. Amma indilikdә
ikisinin dә mövqeyindәn razıyam. Heydәr bәylә söhbәt
elәdim. Onlarda münasibәtlәr hәlә dә gәrgin olaraq qalır.
Sәid Şamil dә ortada görünmür. Sabah yenә Heydәr bәylә
söhbәtimiz olacaq. Әslinә baxanda, indi orada (Qafqaz
dağlılarının nümayәndә heyәti nәzәrdә tutulur – Tәrc.) hamı
eyni vәziyyәtdәdir. Hәr üç milli xәtt üzrә cәng әhval-
ruhiyyәsi davam edir. Ümidvaram ki, sonda “entente”-yә
(“ittifaqa” – Tәrc.) nail olacaqlar.
Mәnzil axtarışı ilә bağlı xahişinizi bizimkilәrә çatdırdım.
Sevәr xanım 652 artıq Sizә yazıb. Bizdә hamı sağ-salamatdır.
Sizә vә Zora xanıma salam göndәrir, uşaqları öpürlәr. Mәn