Page 584 - design_Topcubashov_Full_Layout 1
P. 584
Əlimərdan bəy Topçubaşov
yenilikdәn nә hasil olacaq. Mәnim Mәrkәzin qәrarlarına
istinad etmәyim ortaya yeni tәnqid dalğası çıxardı vә Mәrkәzin
gәlәcәyi ilә bağlı tәzә şübhәlәrә yol açdı.
Siz necә düşünürsünüz? Bütün bunlar nә dәrәcәdә
gözlәnilmәzdir? Әgәr istәsәniz, mәsәlәlәrlә bağlı fikirlәrinizi
mәnә yaza bilәrsiniz. Amma elә etmәlisiniz ki, mәktubunuzu
bu hәftәnin cümә günündәn gec almayım. Cünki hәmin gün
yenә iclas keçirilәcәk. Ancaq hәlәlik Heydәr bәy istisna
olmaqla, yazdıqlarımı sirr kimi saxlayın.
Şamil 644 gәlibmiş. Mәnә baş çәkib. Amma evdә tapa
bilmәyib. Bu gün Kılıç Gireylә 645 bir yerdә olacaqlar. Dünәn
çeçen-inquş komitәsinin nümayәndәlәri Taduyev 646 vә
Cabaqiyev 647 ilә görüşmüşdük. Gürcülәri görmәmişәm.
Deyәsәn, Jordaniya vә Ramişvilinin (Yaqo) 648 sәs-küy salan
mәktubu münasibәti ilә izahat hazırlamaqla mәşğuldurlar.
A.Çxeidzenin sonuncu görüşü barәdә Sizә Heydәr bәy
danışacaq. Fәthi bәyә nota göndәrilib. Hәlәlik işlәrimiz
584 bunlardır.
Bizimkilәr salamatdırlar. Sizә vә Zora xanıma, habelә
Heydәr bәyә vә Zeynәb xanıma 649 salam göndәrirlәr. Uşaqları
öpürük.
Sizә hörmәtlә,
Ә.Topçu
А.М.Топчибашев. Избранные произведения.
В 4-х томах, т. 4.
Баку, 2015, c. 127–128.