Page 580 - design_Topcubashov_Full_Layout 1
P. 580
Əlimərdan bəy Topçubaşov
CEYHUN BӘY HACIBӘYLİYӘ
28 dekabr 1926-cı il
St. Cloud
Әziz Ceyhun bәy!
1
Bizim, xüsusilә dә mәnim şәxsi dәrdimin ümumi işimizdә
lәngliyә sәbәb olmasını istәmәzdim. Ona görә dә yaşadığım
yas günlәrinin bütün qüssә vә әlәminә baxmayaraq, hәm
nümayәndә heyәti, hәm Üçlәr müşavirәsi, hәm dә dağlılarla
fәaliyyәtimi davam etdirmәyi özümә borc sayıram.
İmzalanması lazım gәlәn “anlaşma”nın nә şәkildә tәrtib
edildiyindәn xәbәrsizәm. Әgәr Heydәr bәy Bammat
“anlaşma”nın mәtni ilә tanış olsaydı, daha yaxşısı isә özü
onu Çxenkelidәn götürüb birlikdә fikir mübadilәsi aparmaq
üçün mәnim yanıma gәlsәydi, işimizә daha çox faydası
580 dәyәrdi. Bir sözlә, gürcülәrlә birgә iclas zamanı onların
ortaya hәr hansı sürpriz çıxarmamaları arzuedilәndir. Bu
baxımdan, xahiş edirәm, Heydәr Bammatla telefonla
danışasınız vә ona deyәsiniz ki, biz “anlaşma”nın mәtni ilә
әvvәlcәdәn tanış olduqdan sonra ümumi iclasın vaxtını
birlikdә tәyin edәcәyik. Әgәr mәtnlә tanış olmağa imkan
tapsaq, cümә günü toplaşa bilәrik, yox, әgәr hәmin vaxt
mümkün deyilsә, biz bunu bazar ertәsi, yaxud çәrşәnbә
günü edә bilәrik. Amma heç bir halda cümә axşamı
olmamalıdır. Çünki cümә axşamından qırx gününә qәdәr
mәn mәrhum oğlumun yas mәrasimi ilә bağlı müxtәlif
mәsәlәlәrlә mәşğul olacağam. Ona görә dә, xahiş edirәm,
A.Çxenkeliyә xәbәr verәsiniz ki, bu cümә axşamı mәn gәlә
bilmәyәcәyәm, molla ilә birlikdә qәbiristanlığa gedәcәyәm.
1 “Şәxsi dәrdim” dedikdә, Ә.Topçubaşov nümayәndә heyәtindә katibi olan
oğlu Rәşidin 1926-cı ilin noyabrında 25 yaşında vәrәm xәstәliyi nәticәsindә
vәfat etmәsini nәzәrdә tutur. (Tәrc.)