Page 578 - design_Topcubashov_Full_Layout 1
P. 578

Əlimərdan bəy Topçubaşov


                  şeylәr yazdıqları mәktublar aldım. Görünür, tәpәdәn-dırnağa
                  qәdәr Bizans ruhu ilә zәhәrlәniblәr. Әvvәlki mәktublarıma
                  cavab gözlәmәdәn mәhz indi birlәşmәk çağırışı ilә onlara
                  yenә yazacağam.
                     Sizin mәktubunuzdan әvvәl Mәhәmmәd Әminin Visbadenә
                  gәlmәsi haqqında tәlәbә Balağa 641  yazmışdı. Mәn orada
                  olanda gәlmәdiyinә çox tәәssüflәnirәm: doyunca danışardıq.
                  Ona, Berlinә pulla bağlı eyhamlarına cavab verәn mәktub
                  göndәrdim. Soruşdum ki, bundan sonra nә iş görmәk istәyir,
                  Berlindә hәlә uzun müddәt qalacaqmı? Viza haqqında indi
                  yox, Helsinqforsda olanda yazmışdı. Mәn dә cavab vermişdim
                  ki, burada hәll edәrik. Odur ki, indi hәr şey özünün sonrakı
                  planlarından asılıdır – әgәr Parisdә yalnız yolüstü dayanmaq
                  vә Konstantinopola getmәk istәyirsә, o zaman vizanı
                  Visbadendә alması daha yaxşıdır.  Tәәssüf ki, içәrisinә
                  düşdüyümüz indiki şәrait Parisdә qalması vә bizimlә birlikdә
         578
                  işlәmәsi haqda ürәyimdәn keçәn hәrarәtli arzunu ona demәyә
                  imkan vermir. Mәnim gәlәcәklә bağlı planım, hәqiqәtәn dә,
                  belәdir. Üzünә demәk olmasın, Mәhәmmәd Әmin tam diqqәtә
                  vә inama layiq bir insandır. Ona görә bir yerdә olmağınızdan
                  istifadә edib bizi hәyәcanlandıran bütün mәsәlәlәr barәdә
                  söhbәt aparın, onu Parisdәki danışıqlarımıza hazırlayın.
                  Xüsusilә indi Konstantinopolda olanların, tәlәbәlәrin, bizim
                  kapitalistlәrin vә s. fәaliyyәtini ayrıca vurğulayın. Әlbәttә,
                  tәbii ki, onu hazırda әlimizdә heç bir vәsaitin olmadığına,
                  hәtta vәziyyәtimizin fәlakәt hәddinә çatdığına inandırmaq
                  lazımdır. İndi mәn dә burada hansısa bir maliyyә qaynağı
                  tapmaq üçün әlimdәn gәlәni edirәm, lakin heç bir nәticә
                  yoxdur. İşin bu tәrәfini Siz dә diqqәtә alın vә maddi cәhәtdәn
                  vәziyyәtinizdә müәyyәn aydınlıq yaranana kimi mәnzil
                  mәsәlәsindә tәlәsmәyin. Mәnzillә bağlı Әlәkbәr Sizә oktyabrın
   573   574   575   576   577   578   579   580   581   582   583