Page 582 - design_Topcubashov_Full_Layout 1
P. 582

Əlimərdan bəy Topçubaşov



                               CEYHUN BӘY HACIBӘYLİYӘ


                                                         18 iyul 1927-ci il
                                                                St. Cloud

                     Әziz Ceyhun bәy!
                     Sizә ötәn dәfә xatırlatdığım Xәlil bәyin İstanbuldan
                  göndәrdiyi mәktub vә Müvәqqәti mәrkәzin 642  18 iyun tarixli
                  protokolları bizimkilәrin heç xoşuna gәlmәyib. Lakin әdalәt
                  naminә Xәlil bәyin mәktubunun mәzmun vә ahәnginә görә
                  son dәrәcә ölçülüb-biçilmiş, nәzakәtli vә hörmәtkaranә
                  tәrzdә yazıldığını demәk lazımdır. Mәnim ünvanıma xoş
                  sözlәrlә doludur. Әvәzindә isә Mәhәmmәd Әminin qәlәmindәn
                  çıxan protokol hәmişәki kimi tәkcә sәmimilik nöqteyi-
                  nәzәrindәn deyil, adi protokol formasına uyğunluq baxımından
                  da ortaya çoxlu suallar çıxarır. Diqqәtlә nәzәrdәn keçirәndә
         582      әsl dekret şәklindә yazıldığı bәlli olur. 11 maddәdәn ibarәtdir
                  – hamısında da maliyyә vәsaitinin bölünmәsindәki fәaliyyәtә
                  görә kimlәrsә “payını alır”. Belә bölgüdә yaxşı vә düzgün
                  şey çox azdır. Mәsәlәn, Xosrov bәy Sultanova verdiyimiz
                  vәsait qәbul edilmir, mәrkәzin razılığını almadan nümayәndә
                  heyәtinin saxlanması üçün maliyyә nәzәrdә tutmaq olmazmış,
                  verilmiş mәblәğdәn dost ölkәlәrin, “Prometey” 643  redaksiya -
                  sının ayırdığı vәsait çıxılmalı imiş. Maliyyә mәsәlәlәri ilә
                  bağlı mәnim sәdrliyim altında Mustafa  Vәkilov vә Mir
                  Yaqubdan ibarәt komissiya yaradılırmış. Bizim sәrәncamımızda
                  6 min frankdan çox pul qala bilmәzmiş.  Artıq mәblәğ
                  Mәrkәzin kassasına qaytarılmalı imiş vә s. vә i.a.
                     Bütün bunlar o qәdәr xoşagәlmәz tәәssürat yaratdı ki,
                  irәli sürülәn tәkliflәrin әn kәskin tәnqidçilәri kimi, әvvәlcә
                  Mir Yaqub özü, sonra isә Mәhәmmәdlә Abbas çıxış etdilәr.
                  Qәti şәkildә bildirdilәr ki, qurultay çağırılmayana qәdәr
                  tәlәblәr qәbuledilmәzdir vә baxılmamış şәkildә qalacaq.
   577   578   579   580   581   582   583   584   585   586   587