Page 585 - design_Topcubashov_Full_Layout 1
P. 585

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq



                        CEYHUN BӘY HACIBӘYLİYӘ


                                                27 avqust 1927-ci il
                                                         St. Cloud

               Әzizim Ceyhun bәy!
               Nәhayәt, avqustun vә demәli, bu ayla birlikdә “tәtil”lәrin
           dә sonu gәlib çatdı. Әgәr düşmәnim varsa, heç ona da
           başdan-başa mәnәvi iztirablarla dolu olan belә tәtil
           arzulamıram. Tәbiәt dә sanki çәkdiyim әzablarla hәmahәng
           idi. Tez-tez leysana çevrilәn aramsız yağışlar, külәk, soyuq...
           Bәzәn Mәhәmmәd, ya da Mir Yaqub mәni görmәyә gәlirlәr
           (ikisi dә hara isә getmәk planından әl götürüblәr). Onlarla
           hava poçtu ilә İstanbuldan aldığım iki mәktubun doğurduğu
           tәәssürat barәsindә fikir mübadilәsi apardım. Mәktubların
           birindә deyilirdi ki, qurultayı belә qısa zamanda çağırmaq
           mümkün deyil, çünki  Tehran,  Tәbriz, Rәşt vә Әrdәbildә     585
           yaşayan  Azәrbaycan siyasi xadimlәrini dә dәvәt etmәk
           lazımdır. Amma istәnilәn halda bizdәn dә ixtiyarımızda olan
           pulları göndәrmәyi tәlәb edirlәr.
               Digәr mәktubda isә mәnim Mәrkәzin sәdrliyindәn
           uzaqlaşdırılmağım xәbәr verilirdi. Bura gәlәndә özünüz daha
           әtraflı tanış olarsınız. Hәlәlik cavab vermәmәk qәrarına
           gәldik. M.Vәkilov Varşavadan qayıdandan sonra yanımda
           oldu. Amma Varşavadan daha çox aramızdakı fikir ayrılıqları
           barәsindә danışdı. Nümayәndә heyәti tam tәrkibdә indi
           yaranmış vәziyyәti müzakirә edәndәn sonra lazım bilindiyi
           tәqdirdә, iclasda onunla da görüşmәk barәdә razılıq әldә
           olundu. Qoluvkayla birlikdә gәlib. Qoluvka ilә avqustun
           25-dә V.Dumbadzenin  650  verdiyi sәhәr yemәyindә görüşdük.
           (Mәktubun rusca orijinalında “görüşdük” yerinә sәhvәn
           “görüşәcәyik” gedib – Tәrc.) Sәhәr yemәyindә cәnab Ramişvili
           dә daxil olmaqla, mühacirәtdәki gürcü hökumәtinin bütün
   580   581   582   583   584   585   586   587   588   589   590