Page 590 - design_Topcubashov_Full_Layout 1
P. 590
Əlimərdan bəy Topçubaşov
imtahanlara çәkdiyini, hansı qurbanlara mәcbur etdiyini
anladın. Onlardan hansısa biri yeni әzablarımın mahiyyәtini,
ağırlığını başa düşә bilәrmi? Bu mәsuliyyәt hissi ömrümün
qürub çağında, qürbәt ölkәdә mәni öz prinsiplәrimә zidd
addımlar atmağa vadar edir. 1926-cı ilin noyabrında da
1
Sizinlә birlikdә belә addım atmaq mәcburiyyәti ilә üzlәşdik.
İndiyә qәdәr ürәyimdә sağalmaz yara kimi qövr elәyәn övlad
mәhәbbәti mәni istәk vә iradәmin әleyhinә getmәyә zorladı.
Bu bitmәyәn kәdәr indi dә mәnimlәdir – qovruluram, iztirab
çәkirәm. Amma heyhat... dәhşәtli sәhvi düzәltmәk mümkün
deyil. Yox, onlardan heç biri bu mәşum vәziyyәti anlamağa
qadir deyil. Nәciblik nümunәsi göstәrib: “Az qala qırx il
millәtinә tәmәnnasız xidmәt edәn adam yalnız amansız
mәcburiyyәt qarşısında qaldığından belә addım atmalı olub.
Gәlin onun günahından keçәk”, – demәzlәr. Bunları ona görә
Sizә yazıram ki, mәni tanıyırsınız, o zamankı vәziyyәtimi
gözünüzlә görmüsünüz, bir valideyn, birlikdә çalışdığınız
hәmkar, namuslu vә vicdanlı adam kimi mәni başa düşәrsiniz...
590
İndi bütün tәsәllimi yalnız işdә, gücüm çatan fәaliyyәtdә,
doğma xalqıma xidmәtdә tapıram, tapa bilәrәm. Mәnim
yürütdüyüm dәstxәtin mahiyyәtini, hamı ilә dil tapmağa,
hәr kәslә yaxşı münasibәt qurmağa çalışmağımın sәbәblәrini
yalnız bununla izah edә bilәrsiniz, etmәlisiniz...
Sizinkilәrin hamısına salamlar! Salamat qalın!
Hörmәtlә, Ә.Topçu
А.М.Топчибашев. Избранные произведения.
В 4-х томах, том 4.
Баку, 2015, c. 144–146.
1 Oğlunun xәstәliyinin ağırlaşdığı zaman Әlimәrdan bәy mәcburiyyәt
qarşısında nümayәndә heyәtinin kassasından müәyyәn qәdәr pul götürmәli
olmuşdu. Sonradan bu mәsәlә müzakirә predmetinә çevrilmiş, onun ünvanına
töhmәt, ittiham vә tәnqidlәr sәslәndirilmişdi. (Tәrc.)