Page 593 - design_Topcubashov_Full_Layout 1
P. 593
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
Başıma gәlәn böyük müsibәt üstәlik bir sıra maddi vә
mәnәvi zәrbәlәrin vurulması ilә daha da dәrinlәşdi. Hәmin
zәrbәlәr mәni nәticә etibarilә mәnәvi cәhәtdәn mәhvin
astanasına, maddi baxımdan isә dilәnçi vәziyyәtinә gәtirib
çıxardı. Әlbәttә, bu kәdәrli “hekayәt”in bir çox sәhifәlәri
Sizә yaxşı bәllidir. Ona görә dә “hekayәt”imin ümuma zәr -
baycan işinә, şәxsәn özümә vә “müxalifәt”ә şәrәf gәtirmәyәn
mәqamları, epizodları üzәrindә dayanmayacağam. Bunlar
barәdә sonrakı mәktubumda dostanә söhbәt tәrzindә Sizә
ayrıca yazacağam. İndi isә cәrәyan edәn xoşagәlmәz hadisә
nәticәsindә düşdüyüm vәziyyәtlә bağlı söz açmaq istәyirәm.
Әlavә bәzәk-düzәyә yol vermәdәn, “kim?”, “niyә?”, “necә?”
tipli zәhlәtökәn suallara toxunmadan yalnız faktlarla
danışacağam.
1929-cu ilin iyun ayında heç bir xәbәrdarlıq edilmәdәn,
özümün dә gözlәmәdiyim halda o zamana qәdәr aldığım
1
yardımdan mәhrum oldum. Müәyyәn müddәtdәn sonra
Dammanla gördüyümüz işdәn gәlәn cüzi ayırmalar da kәsildi.
Belәliklә, yaşamaq üçün zәruri olan bütün vasitәlәri itirdim. 593
1929-cu ilin sonuna doğru mәnzil kirayәsinә vә nisyә
götürdüyümüz әrzağa görә xeyli borc yığıldı. 1930-cu ilin ilk
aylarında hәmin borcun miqdarı daha da artdı. Ailә üzvlәrim
dayanmadan işlәyirdilәr (tikiş, toxuma, trikotaj vә s.). Lakin
әldә olunan qazanc 13 nәfәrdәn ibarәt külfәtin xәrclәrinin
yalnız bir hissәsinә çatırdı. Miqdarı qәdәr dә böyük sayılmayacaq
xüsusi istiqraz tәhlükәni bir qәdәr uzaqlaşdırdı. 1930-cu ilin
ikinci yarısını ödәmәlәri müәyyәn vaxta qәdәr tәxirә salmaqla
bağlı mәhkәmәlәrdә keçirdim. Varşavadan bildirirdilәr ki,
aldığım yardım әvvәlki kimi yenә dә ödәnilir, lakin pul bu
dәfә әlbәәl deyil, ümumazәrbaycan kassasına verilir. Bizim
müxalifәtlә nadir görüşlәrimdә vәziyyәtimi başa salır, kömәk
göstәrmәyi xahiş edirdim. Belә müraciәtlәri mәnim yerimә
1 Polşa hökumәtinin qafqazlı siyasi mühacirlәrin fәaliyyәtini dәstәklәmәk
mәqsәdi ilә ayırdığı tәxminәn 80–100 ABŞ dolları miqdarında aylıq yardım
nәzәrdә tutulur. (Tәrc.)