Page 595 - design_Topcubashov_Full_Layout 1
P. 595

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           dә payımın olduğu ümumi kassa deyilәn son istinadgah qalır.
           Ona görә dә bir dost kimi hәmin kassadan mәnә çatacaq
           mәblәği almaq üçün bütün imkanlarınızı işә salmağı,
           bacardığınız qәdәr tәsir göstәrmәyi Sizdәn xahiş edirәm.
           Әgәr orada mәnimlә bağlı hansısa şübhәlәr varsa, qoy o
           zaman әn ağır vә tәcili borclardan qurtarmaq üçün istisna
           kimi sonra geri qaytarmaq şәrti ilә versinlәr. Ümumi şәkildә
           yazıram, çünki kassanın vәziyyәtindәn vә statusundan xәbәrim
           yoxdur. Әn azı ümumi kassadan borc götürmәk kimi bir
           çıxış yolunu isә ona görә şәxsimә rәva bilirәm ki, diqqәti
           ehtiyac, hәm dә son dәrәcә dәhşәtli ehtiyac içindә yaşadığıma
           çәkә bilim, özümü vә ailәmi başımızın üzәrindә dolaşan
           fәlakәtdәn qurtara bilim. Çünki kimsәnin mәnim belә dәhşәtli
           fәlakәtә, müsibәtә düşmәyimdә maraqlı olacağını tәsәvvürümә
           gәtirә bilmirәm...
               Şәxsimә göstәrilәn vә әsla haqq etmәdiyim münasibәt,
           fikrimcә, indiki vәziyyәtim, mövqeyim haqda mәlumatsızlığın,
           birtәrәfli vә qeyri-ciddi yanaşmanın nәticәsidir. Mövcud
           maddi çәtinliklәrim bir qәdәr yüngüllәşәn kimi bütün bu     595
           mәsәlәlәrә aydınlıq gәtirilәcәk.
               Dünyada heç bir şeyin mәni artıq bir dәfә iman gәtirdiyim,
           qәbul etdiyim prinsiplәrdәn әl çәkmәyә vadar edә bilmәyә -
           cәyinә Sizi inandırmağa ehtiyac varmı? Prinsiplәrim xalqın
           maraqlarına sәdaqәtlә xidmәtdir, hәr kәsi ümumi iş әtrafında
           birlәşdirmәk cәhdidir; tәşәbbüsümә qoşulmayanları, mәnimlә
           bir sırada olmayanları ittiham etmәk fikrindәn uzaq durmaqdır.
               Nә irәlilәyәn yaş, nә xәstәliklәr, nә ehtiyac mәni ümumi
           işә xidmәtdәn kәnarlaşdıra bilmәz. İndiyәdәk qüvvәmin imkan
           verdiyi qәdәr, yaxamı heç bir mәsuliyyәtdәn kәnara çәkmәdәn,
           hәr hansı sәhvimi pәrdәlәmәdәn hәmin işin öhdәmә düşmüş,
           düşәn vә düşәcәk qismini görmüşәm. Bundan sonra da eyni
           şәkildә işlәmәyә hazıram. Yalnız bir qeyd-şәrtim var, onu da
           hәlәlik tәk Sizә bildirirәm: mәn dә xatirәlәrimi dilә gәtirmәk,
           әlimin altındakı mövcud materiallardan yararlanıb
           “memuarlarımı” yazmaq istәrdim. Orada bütün fәaliyyәtim
           boyu qarşılaşdığım, müşahidә etdiyim çoxlu maraqlı mәqamlar
   590   591   592   593   594   595   596   597   598   599   600