Page 591 - design_Topcubashov_Full_Layout 1
P. 591
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
XӘLİL BӘY XASMӘMMӘDOVA
2 aprel 1931-ci il
St. Cloud
Әzizim Xәlil bәy!
Sizdәn aldığım son dәrәcә hәssas vә sәmimi cavab
mәktubunu bilәrәkdәn bizim cavanlara verdim ki, oxusunlar,
qoy görsünlәr ki, uzun illәrin sınağından çıxmış hәqiqi dostlar
şәraitin dәyişkәnliyinә vә mәsafәnin uzaqlığına qәtiyyәn
әhәmiyyәt vermәdәn kәdәrli günlәrdә bir-birlәrinin kömәyinә
necә tәlәsirlәr, ürәklәrinin bir parçası saydıqları övladlarının
ölümünә birlikdә necә ağlayırlar, ümumi kәdәr onları necә
birlәşdirir, çәtin anlarda bir-birlәrinә necә tәskinlik verir,
sәbir vә dözüm arzulayırlar...
Mәktubunuz mәndә, Pәri xanımda, ailә üzvlәrimizin hәr
birindә böyük tәәssürat doğurdu. Hamımızı әvәzsiz itkilәrimizi
yada salmaq üçün bir daha unudulmaz xatirәlәrә baş vurmağa 591
mәcbur etdi. Kәdәr içәrisindә yenә gәnc Rauf Yektanın 659
ölümü ilә Sizin vә Suad xanımın 660 mәruz qaldığınız ağır itki
haqda danışdıq. Hәmin dәqiqәlәrdә yanınızda olmağı,
ürәklәrimizi hәyәcanla dolduran hisslәri tәsәlli sözlәrinә
çevirib Sizә çatdırmağı nә qәdәr istәrdik!
Mәn artıq Sizә yazmışdım: әn yaxşı tәsәllini verdiyimiz
qurbanlarla bağlı xatirәlәrdә tapmaq olar. Artıq dörd ildәn
çoxdur ki, özüm dә sakitliyi vә aramı mәndәn ötrü hәmişәyaşar
fikirlәrdә, hәrәkәtlәrdә, jestlәrdә, xarakterlәrdә, bir sözlә,
әziz Rәşidimi xatırladan, oğlumun surәtini gözümdә canlandıran
hәr şeydә tapıram. Siz dә, Suad xanım da onu tanıyırdınız...
Hәr cümә axşamı xanımımla, Әlәkbәrlә birlikdә qәbrinin
üstünә gedirәm, dua oxuyuram, mәzarını çiçәklәrlә bәzәyirәm.
Tez-tez yazılarını, kitablarını, qeydlәrinı gözdәn keçirirәm.
Ötәn ildәn yazı masama yenidәn oğlumun portretini qoymuşam.
Ağlımla onun artıq dünyada olmaması fikri ilә barışıram,
ürәyimsә övladımla birlikdәdir...