Page 592 - design_Topcubashov_Full_Layout 1
P. 592

Əlimərdan bəy Topçubaşov


                     Yaşadığım hisslәr digәr yaxınlarımın qeydinә qalmaq,
                  xüsusәn dә üzәrimә düşәn vәzifәlәrin öhdәsindәn gәlmәk
                  üçün mәnә güc verir. Hәr dәfә qayğılar içәrisindә çabalayarkәn,
                  işlәrimi daha yaxşı şәkildә necә görmәklә bağlı düşünәrkәn
                  Rәşidin işıqlı surәti gözüm önündә canlanır. Onun vәziyyәtimlә
                  maraqlandığını, hәrәkәtlәrimi bәyәndiyini düşünürәm. Bu
                  hisslәr mәni daha da ruhlandırır. Taleyin bütün zәrbәlәrinә,
                  bütün mәhrumiyyәt vә әzablara sınmadan, әyilmәdәn tab
                  gәtirmәk üçün qüvvә verir, ruhumu möhkәmlәndirir. Әziz
                  oğlumla bağlı xatirәlәr mәndәn ötrü çox dәyәrlidir. Bu
                  xatirәlәr burada, Yer üzәrindәki hәyatımı o biri dünya ilә
                  bağlı fikirlәrimlә birlәşdirir... Son mәnzilә yola düşmәyә nә
                  qәdәr hazır olsam da, ölüm haqda çox az fikirlәşirәm. Çünki
                  canlı insanam. Hәlә yaşamaq, işlәmәk, yaxınlarıma kömәk
                  göstәrmәk, 42 ildәn bәri hәqiqәt vә inam meyarı ilә xidmәtindә
                  dayandığım doğma xalqım naminә fәaliyyәtimi davam
                  etdirmәk istәyirәm...
                     İnanıram ki, hәyatı erkәn puç olmuş әziz Rauf  Yekta
         592      haqqında bu cür xatirәlәrә dalmaqla Siz dә hәqiqi tәsәlli
                  tapacaqsınız, insanlara yardımınızı, yolunda uzun illәr canla-
                  başla çalışdığınız xalqa eyni hәqiqәt vә inam meyarlarına
                  әsaslanan xidmәtinizi davam etdirәcәksiniz. Mәhz belә hәrәkәt
                  edәcәyinizә qәtiyyәn şübhәm yoxdur. Bunu bizdәn üzәrimizә
                  götürdüyümüz borc, verdiyimiz qurbanlar tәlәb edir. Üstәlik,
                  ictimai işlәrimizin hәlә dә hәr şeyi sarmış hәrәkәtsizlikdәn,
                  hәtta deyәrdim ki, iflicdәn heç vәchlә özünә gәlә bilmәdiyini
                  dә gәrәk әsla yaddan çıxarmayaq. Bu mәnada hamımızın
                  üzәrinә ciddi mәsuliyyәt düşür. Hәtta icazәnizlә, Sizin vә
                  özümün mәsuliyyәt payımızın daha böyük olduğunu deyә
                  bilәrәm.  Yazışmalarınızda yaranmış belә uzun fasilә dә
                  içәrisindә çapaladığımız mәnәvi vәziyyәtin göstәricisidir.
                     Heç bir әlavә tәfәrrüata varmadan verdiyimiz әvәzsiz
                  itkilәr naminә mәn hәmin vәziyyәt üzәrindә dayanmaq, illәrin
                  sınağından çıxmış etibarlı dostun, üstәlik dә başlarına eyni
                  dәhşәtli müsibәt gәlmiş iki insanın anlayacağı bir açıqlıqla
                  öz “hekayәt”imi Sizә nağıl etmәk istәrdim.
   587   588   589   590   591   592   593   594   595   596   597