Page 588 - design_Topcubashov_Full_Layout 1
P. 588
Əlimərdan bəy Topçubaşov
CEYHUN BӘY HACIBӘYLİYӘ
1 sentyabr 1928-ci il
St. Cloud
Әziz Ceyhun bәy!
Siz artıq Abbas bәy Atamalıbәyovdan 25–27 avqust
tarixli iclaslarımızın nәticәlәri barәsindә eşitmisiniz. Tapşır -
mışdım ki, qәbul olunmuş qәtnamәlәrlә Sizi tanış etsin.
Odur ki, indi hәmin mәsәlәyә toxunmayacağam. Yenә hamı
dağılıb gedib, tәk mәn qalmışam. Az qala yadımdan çıxmışdı
– bir dә Ә.Şeyxülislamov buradadır. Onunla da nadir hallarda
görüşürük. Mәhәmmәd Әmin dünәn Varşavaya yola düşdü.
Oradan da İstanbula gedәcәk. Dediklәrinә görә, sentyabrın
15-dә Mehdiyev vә başqaları qayıdacaqlar. Sonra yenidәn
elә bir ab-hava yaranacaq ki, Siz mәnә sәbir vә dözüm
arzulayacaqsınız. Özünüz gәlәndә görәcәksiniz ki, sәbrim
588
dә, dözümüm dә kifayәt qәdәrdir, hәtta bәlkә, lazım olduğundan
daha çoxdur.
İclaslarla yanaşı, müharibә әleyhinә paktla bağlı nota
hazırlamaqla mәşğul idim. Nota artıq hazırdır. Şimali Qafqaz,
Ukrayna vә Gürcüstan nümayәndәlәri ilә birlikdә avqustun
27-dә paktı imzalayan bütün dövlәtlәrә tәqdim olunub.
Sәnәddә tәmsil etdiyimiz xalqların hökumәtlәri adından
pakta qoşula bilmәdiyimizә görә tәәssüflәndiyimizi bәyan
edirik. Bildiririk ki, Sovetlәr bizi tәmsil edә bilmәz vә
Sovetlәrin hәr hansı şәkildә göstәrilәn pakta qoşulması
sәnәdin ruhuna vә mahiyyәtinә ziddir; çünki onlar
tәcavüzkardır, xalqlarımızın azadlığını әlindәn alıblar vә
dünyanın susaraq razılıq vermәsi nәticәsindә bu vәziyyәt
hәlә dә davam edir. Nota birincilәr sırasında buradan
getmәmişdәn әvvәl Kelloqa 653 tәqdim edildi. Dördlәr
Komitәsi 654 adından S.D.N. -in IX sessiyasına vermәk üçün
655
memorandumun layihәsi dә hazırdır.