Page 589 - design_Topcubashov_Full_Layout 1
P. 589

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq

                                                     656
               Aradan keçәn müddәt әrzindә Rza Nur , Fuad  bәy
           Köprülüzadә, Zәki Vәlidi 657  yanımda olublar. Sonuncu iki
           n әfәr İstanbuldan gәlmişdilәr. Hәm dә İstanbul Universitetinin
           rek toru olan Fuad bәy şәrqşünasların Oksford  qurultayına
           ezam edilib. Maraqlı söhbәtlәrimiz oldu. A.Çxenkeli, Heydәr
           Bammat, Ukrayna tәmsilçisi, hәtta A.Xatisovla bir neçә dәfә
           görüşmüşәm. Elә sabah (bazar günü) Heydәr Bammat ailәsi
           ilә birlikdә bizdә olacaq. Yenidәn cari işlәrimiz haqda danı -
           şacağıq. Onların sırasına Dammanla 658  bağlı mәsәlә dә daxil -
           dir. Tәәssüf ki, hәmin işdә hәlә dә tәskinedici bir yenilik
           yox dur.
               Bu, mәni çox ciddi şәkildә narahat edir. Heç bilmirәm
           indiki qәtiyyәn  ürәkaçıcı sayılmayan vәziyyәtdәn necә çı -
           xaca ğıq. Şәxsәn özümә gәldikdә, tәpәdәn-dırnağa kimi borc
           içindәyәm.
               Bunlar azmış kimi, üstәlik, mәni son dәrәcә hәyәcan -
           landıran yeni bir hadisә dә meydana çıxıb. Doktor (Melame)
           Sevәr xanımın ciyәrlәrini dinlәyәndәn sonra ona tәxirә      589
           salmadan Savoyaya, dağlara getmәyi mәslәhәt görüb. Bu,
           iyulun sonunda olmuşdu. Xoşagәlmәz yenilik hamımızı bәrk
           kәdәrlәndirdi. Gözüm önündә başımıza gәlәn dәhşәtli mәnzәrә 1
           dönә-dönә canlanırdı. Amma nә edә bilәrdim? Әgәr belә
           “cah-calal” üçün pulun yoxdursa, üstәlik, hәr tәrәfdә dәhşәtli
           bahalıq hökm sürürsә, vәziyyәtdәn necә çıxa bilәrsәn? Bizim
           Sәfvәt kömәyә gәldi. Xanımım ona ağız açmışdı... Nәhayәt,
           avqustun 23-dә Sevәr xanım Әnvәrlә birlikdә “Sallanches”-ә
           (“Haute-Savoie”) getdilәr. Orada pansionu olan hotellәrdәn
           birindә otaq tutub qalırlar. Tәsәvvür edirsinizmi, bahalıq vә
           yol xәrclәri sәbәbindәn bizimkilәrdәn birinin uşaqlarla gedә
           bilmәmәsi mәni necә narahat edib? Nә qәdәr ağır vә riskli
           olsa da, gücüm yalnız onları ikilikdә göndәrmәyә çatdı.
           Baxın, indi gedib bizim “xadimlәr”ә taleyin mәni necә ağır


           1  Әlimәrdan bәy 1926-cı ildә oğlu Rәşidin vәrәm xәstәliyindәn ölmәsinә işarә
           edir, qızının da eyni aqibәtlә üzlәşә bilәcәyi ilә bağlı tәlaşını bildirirdi. (Tәrc.)
   584   585   586   587   588   589   590   591   592   593   594