Page 596 - design_Topcubashov_Full_Layout 1
P. 596

Əlimərdan bəy Topçubaşov


                  öz әksini tapacaq. Bu işi görmәkdәn ötrü tәnha bir guşәyә,
                  mәsәlәn, hәmişә çox xoşuma gәlәn Böyükadaya getmәk
                                                        1
                  istәrdim...  Amma heyhat, eks-komissara nәsib olan belә
                  yerlәr mәndәn – qoca vә atәşin türkçüdәn ötrü әlçatmazdır!
                  Әlbәttә, hәlәlik ortalıqda olmayan memuarlar da ümumi
                  işimizә fayda gәtirә bilәrdi. Onları yazıb bitirәndәn sonra isә
                  mәn ümumazәrbaycan davasının sıralarında yerimi alardım.
                     Belәcә, özüm, işlәrim, vәziyyәtim haqda Sizә uzun illәrin
                  sınağından çıxmış bir dost açıqlığı vә sәmimiyyәti ilә danışdım.
                  Axı mәnim nәzәrimdә Siz dә belә dostsunuz. Hiss edirәm ki,
                  artıq mәktub çәrçivәsindәn kәnara çıxıram. Lakin peşman
                  deyilәm. Çünki hәtta indiki kәdәrli vәziyyәtinizdә dә daxilimi
                  didib-parçalayan maddi sıxıntının әzablarına diqqәtsiz
                  qalmayacağınıza vә verdiyimiz dәhşәtli qurbanlar naminә
                  köhnә dostunuzun kömәyinә yetişmәyә çalışacağınıza inanıram.
                  Sizdәn bu kömәyi gözlәyirәm. O, nә qәdәr tez olsa, indiki
                  çıxılmaz vәziyyәtimi dә bir o qәdәr tez düzәldә bilәr.
                     Özümün, Pәri xanımın vә uşaqlarımın hamısının adından
         596
                  Sizә vә Suad xanıma sәmimi salamlarımı göndәrirәm. Sizә
                  ürәyiniz istәyәn rifah, qüvvә vә gümrahlıq arzulayıram.


                                               Sizә dәrin hörmәt bәslәyәn
                                                    Әlimәrdan Topçubaşi

                                “Настал момент... предать оглашению”:
                                  aзербайджанская эмиграция в письмах,
                                     записках, телеграммах 1920–1937 гг.
                                                Москва, 2015, с. 202–205.





                  1  Mәhәmmәd Әmin Rәsulzadә mühacirәtә yollanana qәdәr 1920–1922-ci
                  illәrdә İ.V.Stalinin başçılıq etdiyi RSFSR Millәtlәrin İşi üzrә Xalq
                  Komissarlığında çalışmışdı. Burada “eks-komissar” dedikdә, Әlimәrdan bәy
                  Polşa hökumәtinin ayırdığı maliyyә yardımını ala bilmәmәsindә rolu
                  olduğundan şübhәlәndiyi Mәhәmmәd Әmin Rәsulzadәni nәzәrdә tutur. (Tәrc.)
   591   592   593   594   595   596   597   598   599   600   601