Page 575 - design_Topcubashov_Full_Layout 1
P. 575
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
etmәlisiniz? Müәyyәn cavab vermәyә çәtinlik çәkirәm.
Ümidlәr zәif dә olsa, var. Lakin ciddi sınağa tab gәtirmәliyik,
ola bilsin ki, müәyyәn müddәt üçün mәhrumiyyәtlәrә dözmәli
olacağıq. Mәhrumiyyәt dövrü nә qәdәr çәkәcәk – demәk
çәtindir. İndiki vәziyyәt mәni hәlәlik Sizә ailәnizi bura
gәtirmәmәk, ümumiyyәtlә, әn azı sentyabrın sonuna qәdәr
yerli-dibli gәlmәmәk barәdә mәslәhәtlәr vermәyә mәcbur
edir. Әslindә, yaxşı olar ki, vәziyyәtimiz müәyyәn dәrәcәdә
aydınlaşana qәdәr bu barәdә, ümumiyyәtlә, qәrar qәbul
etmәyәsiniz.
Әlbәttә, belә cavabın Sizi qane etmәyәcәyini başa
düşürәm. Lakin olduqca qeyri-müәyyәn vә sonu görünmәyәn
bir dalana dirәndiyimiz şәraitdә nә edә bilәrik? Amma
istәnilәn halda indi heç bir ruh düşkünlüyünә, daha pisi isә
ümidlәri itirmәyә әsla yer olmamalıdır. Doğrudur, biz dә iki
nәfәri (Әşrәfov 631 vә...) Bakıya göndәrәn tәlәbәlәr kimi pul
dalınca ora çaparlar yollaya bilmәrik. Hәm dә fikrimcә, belә
xarakteri, mahiyyәti namәlum mәnbәyә hiddәtli münasibәtimizi 575
ifadә etmәklә әn azı xalqımıza gәlәcәk lәyaqәtli xidmәt
baxımından özümüzü qoruyub saxlaya bilәrik.
Hamımızdan Zora xanıma salam çatdırın. Uşaqları öpürük.
Salamat qalın!
Ә.Topçu
А.М.Топчибашев. Избранные произведения.
В 4-х томах, т. 4.
Баку, 2015, c. 14–16.