Page 571 - design_Topcubashov_Full_Layout 1
P. 571

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           mәrasiminә daha geniş şәkildә toxunmaq olar. Bu haqda
           türk qәzetlәri dә yazıblar. Mәrhumun “sovetlәr” tәrәfdәn
                       1
           göndәrilmәsi nümayәndә heyәti adından rәsmi şәxslәrin
           münasibәt bildirmәsinә әngәl törәdir.
               Amma yazını tez hazırlayıb çatdırmaq lazımdır. Bәlkә,
           bu işi elә hәmin cәnab  Tavernyenin özünün vasitәsi ilә
           görmәk mümkündür. Hәm dә ondan xahiş etmәk olar ki,
           redaksiyanı haqqımızda başqalarından alınmış materiallara
           daha diqqәtli yanaşmaqla bağlı xәbәrdar etsin. Ola bilsin ki,
           göndәrilәn mәktub da oradan hansısa materiallar tapmağa
           imkan yaradar.
               Bu gün yola çıxmalı olan M.Mәhәrrәmov Sizә tәlәbә -
           lәrimizin cәsarәti haqqında danışacaq. İndi növbә
           başqalarınındır. Artıq Konstantinopoldan teleqramlar gәlmәyә
           başlayıb. Xәlil bәy Xasmәmmәdovu bura çağırırıq.
               İşlәr qaydasında gedir. Bu günlәrdә Beryafanın (mәtndә
           bu ad әrәb әlifbası ilә yazılıb, çox güman ki, bir az aşağıda
           haqqında söhbәt gedәn Fransa baş naziri Brian nәzәrdә tutulur
           – Tәrc.) yanında olacağıq. “Conseil Supreme”-yә hazırlaşırıq  571
           (avqustun 8-dә!). Әgәr imkan olsa, cümә günü bir-iki günlüyә
           getmәk istәyirәm. Amma baş tutacaqmı? Şübhәm var. Ona
           görә özümünkülәrә heç nә demәmişәm. Onlar bu gün yola
           düşüblәr. Ümidvaram ki, Savoya xoşlarına gәlәcәk. Әlәlxüsus
           da Әnvәrlә 621  Rәşidin. Hәr ikisinә dincәlmәk lazımdır.
               Ailәnizә salamlarımı çatdırın.
                                                  Sizin Әlimәrdan


                     P.S. Mәktubu yenicә yazıb qurtarmışdım ki, sabah, yәni
                 avqustun 3-dә sәhәr saat 11-dә cәnab Brianın bizi qәbul
                 edәcәyi ilә bağlı xәbәr aldım. Ona görә dә baş tutacaq görüşlә
                 bağlı bir neçә söz әlavә etmәk mәqsәdilә göndәrmәdim.





           1  Behbud xan Cavanşir İstanbula Zaqafqaziya xarici ticarәt idarәsinin
           müvәkkili kimi, Bakı neft-mәdәnlәrinә avadanlıq vә yeni texnologiya almaq
           mәqsәdilә Almaniyaya yola düşmәk üçün gәlmişdi. (Tәrc.)
   566   567   568   569   570   571   572   573   574   575   576