Page 566 - design_Topcubashov_Full_Layout 1
P. 566

Əlimərdan bəy Topçubaşov


                  Nәhayәt, özünüzün dә yazdığınız kimi, göndәrәcәyiniz
                  mәlumatlardan biz burada Polşa nümayәndәsi ilә gәlәcәk
                  görüşümüzdә istifadә edә bilәrdik. Yeri gәlmişkәn, Sizә onu
                  da deyim ki, mәn burada cәnab Xolovka ilә uzun müddәt
                  söhbәt etdim. Әgәr o, hәqiqәtәn dә, Polşa Xarici İşlәr
                  Nazirliyindә müәyyәn nüfuza malikdirsә, o zaman
                  Konstantinopoldakı Polşa sәfirinin götürdüyü dәstxәtin
                  dәyişәcәyinә ümid çox azdır. Hәr halda, mәndә belә tәәssürat
                  yarandı...
                     Konfederatlar Komitәsi haqqındakı mәlumatımı başa
                  çatdırarkәn hәm özümün, hәm dә nümayәndә heyәtinin
                  adından Sizdәn xahiş edirәm ki, ümumi işimiz naminә
                  Azәrbaycanın ziyalı qüvvәlәrinin sәylәrinin birlәşdirilmәsi
                  istiqamәtindәki fәaliyyәtinizi dayandırmayasınız. Biz ziyalı
                  qüvvәlәrlә o qәdәr dә zәngin deyilik vә Azәrbaycanın xilası
                  kimi mühüm mәsәlәdә onların arasında heç bir fikir ayrılığı
                  olmamalıdır.
         566         Digәr mәlumatlar arasında, tәbii ki, bu günlәrdә
                  Müttәfiqlәrlә Almaniyanın Lokarnoda 618  әldә etdiklәri razılıq
                  mәsәlәsinә diqqәt yetirdiniz. Bu, indi günün, siyasәt
                  adamlarının vә mәtbuatın әsas mövzusudur. Siyasәtçilәrin
                  fikrincә, Avropa xalqlarının yaxınlaşması baxımından yeni
                  era başlanır. Әgәr Sovet Rusiyası әsaslı şәkildә dәyişmәsә,
                  tam tәcrid vәziyyәtinә düşәcәkdir vә s. Bu gün Paris qәzetlәri
                  artıq Çiçerinin Brianla 619  görüşmәk üçün bura gәlmәsindәn
                  yazırlar. Düşünmәk olar ki, beynәlxalq münasibәtlәrin yeni
                  düzәni bizә dә tәsirsiz ötüşmәyәcәk. Gözlәmәk lazımdır.
                  Bәs Türkiyәdә nә düşünürlәr? Bir daha Sizdәn xahiş edirәm
                  ki, gündәliyә çıxarılan mәsәlә ilә әlaqәdar bütün yeniliklәrdәn
                  bizi hali edәsiniz. Eyni zamanda  Azәrbaycanla bağlı nә
                  düşündüyünüzü bildirәsiniz. Sentyabrın 15-dә nümayәndә
                  heyәtimiz adından Millәtlәr Liqasına nota göndәrdim. Çünki
                  nәdәnsә, müştәrәk nota tәqdim etmәk mәsәlәsi әngәlә düşdü.
                  Bizim notamızda  Azәrbaycanın mövcud mәnzәrәsi әks
   561   562   563   564   565   566   567   568   569   570   571