Page 568 - design_Topcubashov_Full_Layout 1
P. 568

Əlimərdan bəy Topçubaşov


                           MӘHӘMMӘD ӘMİN RӘSULZADӘYӘ

                                                       26 fevral 1926-cı il
                                                                St. Cloud

                     Çox hörmәtli Mәhәmmәd Әmin!
                     Sizin Azәrbaycan mәtbuatı, xüsusәn dә mәrhum Hәsәn
                  bәy Mәlik-Zәrdabi vә onun әrsәyә gәtirdiyi “Әkinçi” qәzeti
                  – milli mәtbuatımızın bu ilk qaranquşu ilә bağlı mәlumatlar
                  göndәrilmәsi haqqında nümayәndә heyәtinә ünvanlanmış
                  müraciәtinizi aldım.
                     Mәsәlә ilә bağlı Sizә bildirmәliyәm ki, nümayәndә
                  heyәtinin sәrәncamında heç bir mәlumat vә material yoxdur.
                     Azәrbaycan mәtbuatının 50 illiyinin qeyd olunmasına
                  gәldikdә, biz burada gücümüz vә imkanlarımız çatdığı qәdәr
                  hәmin tarixi hadisәyә hәlә bir neçә ay bundan әvvәl öz
                  töhfәmizi vermәyә sәy göstәrdik. Hәsәn bәyin dul qadınının,
         568      mәnim qaynanamın xahişi ilә “Әkinçi” yaradıcısının xatirәsinә
                  vә onun fәaliyyәtinә hәsr olunmuş böyük bir mәqalә yazdım
                  vә hәlә noyabr ayında tam şәkildә Hәnifә xanımın sәrәncamına
                  verilmәk şәrti ilә Bakıya göndәrdim. Sonra isә “Әkinçi”,
                  habelә “Hәyat” vә “Kaspi” dә daxil olmaqla, digәr mәtbuat
                  orqanları haqqında yaddaşımda qorunub saxlanmış mәlumatları
                  Ceyhun bәy Hacıbәyli ilә bölüşdüm. Hәmin mәlumatlar
                  әsasında  Azәrbaycan mәtbuatının tarixi haqqında referat
                  hazırlandı. Ceyhun bәy bu referatı “Societe Asiatique”-dә 620
                  oxudu.
                     Tәәssüf ki, biz yalnız bunlarla kifayәtlәnmәli olduq.
                  Şәxsәn mәn çox tәәssüf edirәm ki, әlimin altında nә
                  Azәrbaycan mәtbuatı haqqında qeydlәrimin әlyazması, nә
                  dә qәzetlәrin, xüsusәn dә “Әkinçi”nin komplekti var. Bunlar
                  hamısı, bәdbәxtçilikdәn, Bakıda mәhv olub.
                     Mәn indi dә bilmirәm ki, Hәnifә xanım ona göndәrdiyim
                  (imzasız) mәqalәdәn necә istifadә etdi? Mәqalә o zaman
   563   564   565   566   567   568   569   570   571   572   573