Page 572 - design_Topcubashov_Full_Layout 1
P. 572
Əlimərdan bəy Topçubaşov
3 avqust 1921-ci il
Saat 12.00
İndicә fransız baş nazirlә görüşdәn qayıtmışam. Dördümüz 1
dә orada idik. Qәbul kifayәt qәdәr uzun çәkdi vә sәmimilik
şәraitindә keçdi. Әsasәn, baş nazir özü danışdı. “Sizi xilas
etmәk lazımdır. Hamınıza kömәk göstәrilmәsi ilә bağlı
ümumi plan hazırlayın. Ancaq nәzәrә alın ki, söhbәt ayrılıqda
hәr birinizә deyil, birlәşdiyiniz ittifaqa kömәk haqda gedir.
Düşünürәm ki, bu, sizin maraqlarınıza cavab verir. “Conseil
Supreme”-nin sәdri kimi gündәliyә iki mәsәlә çıxaracağam:
a) Yaxın Şәrqdә vәziyyәt; b) Rusiyada aclıq. Bu mәsәlәlәrin
ikisinin dә sizin respublikalara vә birlәşdiyiniz ittifaqa dәxli
var. Mümkün qәdәr tәcili şәkildә ümumi siyasi-iqtisadi
memorandum hazırlayıb tәqdim edin. Bizim sәlahiyyәtli
şәxslәr onu qısa zamanda diqqәtlә öyrәnәcәklәr. “Conseil
Supreme”-yә ittifaqınızın vәziyyәti barәdә birgә arayış verin.
572 Sizә yardım göstәrilәcәk”.
Hamımız mәmnun qaldıq. Bu gün saat 15.30-da Brianla
söhbәtdә meydana çıxan sualları müzakirә etmәk üçün
mәnim yanımda toplaşacaqlar, saat 17.30-da isә “Conseil
Supreme”-nin üzvü kimi Yaponiya sәfirini ziyarәt edәcәyik.
Cümә gününәdәk, ümumiyyәtlә, “Conseil Supreme”-
nin iclasları başa çatana qәdәr mәnim gәlmәyim, çәtin ki,
mümkün olsun. Bizimkilәrә heç nә demәyin. Onların narahat
olmalarını istәmirәm.
Ә.Topçu
А.М.Топчибашев. Избранные произведения.
В 4-х томах, т. 4.
Баку, 2015, c. 12–13.
1 Azәrbaycan, Gürcüstan, Ermәnistan vә Dağlılar Respublikasının Paris sülh
konfransındakı nümayәndә heyәtlәrinin başçıları nәzәrdә tutulur. (Tәrc.)