Page 576 - design_Topcubashov_Full_Layout 1
P. 576
Əlimərdan bəy Topçubaşov
CEYHUN BӘY HACIBӘYLİYӘ
19 oktyabr 1922-ci il
Paris
Çox hörmәtli Ceyhun bәy!
Mәktubunuzu dünәn aldım, dәrhal cavab yazmağa
hazırlaşırdım. Lakin D`Uzes 632 telefonla xәbәr verdi ki,
vacib bir mәsәlә ilә bağlı mәnimlә görüşmәk istәyir. Odur
ki, cavabı tәxirә salmaq lazım gәldi. Bu gün gündüz yanımda
oldu. Bildirdi ki, “işlәrimiz yaxşı gedir”, artıq bәzi adamlarla
(Franklin B. ; mәktubun әlyazmasında bu ad әrәb әlifbası
633
ilә yazılıb – Tәrc.) görüşüb vә apardığı söhbәtlәr nәticәsindә
Türkiyә ilә sülh müqavilәsi imzalanandan sonra Qafqazı
bolşeviklәrdәn azad etmәyә gedәcәklәrinә inanıb. Azәrbaycan
1
mәrkәzi ilә әlaqә saxlayacaqlar, Xәlil bәyә kömәk göstәrilәcәk.
Demәk, hәlә iki ay da sәbir etmәk lazımdır. Qoy qonağımız
576 da gözlәsin. Tәfәrrüatları yazmıram, çünki D`Uzes yenidәn
Visbadenә gedir. Çәrşәnbә günü çatacaq, orada dayanacaq.
Ümumәn beş-altı gün qalmağı planlaşdırır. Bizim qonağı
görmәk istәyirdi. Söz verdim ki, yazaram. Amma hәm dә
tapmaq imkanları ilә bağlı şübhәmi bildirdim. Çünki artıq
yerini dәyişib, tәzә ünvanından isә xәbәrsizәm. Eyni zamanda,
fikrimcә, yeni görüş heç bir nәticә vermәyәcәk vә qonağımızı
tamamilә ruh düşkünlüyünә salacaq. İşin yeganә xeyirli
tәrәfi D`Uzesin kömәyi ilә viza almaq imkanının ortaya
çıxmasıdır. Lakin düşünürәm ki, bundan yalnız xüsusi ehtiyac
olanda yararlana bilәrik. İndi hәlәlik tam müәyyәnlәşmiş bir
şey yoxdursa, onu narahat etmәk, әlavә xәrcә salmaq
mәqsәdәuyğun deyil. Sabah yox, birisi gün Franklin Bulyonla
görüşmәliyәm. Әgәr lazımlı bir şey olsa, dәrhal Sizә vә
1 Söhbәt, çox güman ki, hәmin dövrdә İstanbulda yaşayan Xәlil bәy Xasmә m -
mәdovdan gedir. (Tәrc.)