Page 560 - design_Topcubashov_Full_Layout 1
P. 560
Əlimərdan bəy Topçubaşov
nifrәtini qazanmış rejim burada hәrtәrәfli vә arasıkәsilmәz
şәkildә tәnqid olunmalıdır. Belә tәnqid vә mövcud böhranlı
vәziyyәti әks etdirәn bacarıqla seçilmiş faktiki materiallar
türk әfkari-ümumiyyәsini, әlәlxüsus da Anqoranı bizim,
onların özlәrinin, bütün dünyanın – bir sözlә, hamının necә
bir tәhlükә ilә üz-üzә qaldığına inandıra bilәr. Bir daha tәkrar
edirәm: bütün mәsәlәlәri әhatә edәn jurnal nәşrinә hamıdan
çox mәn sevinәrdim. Bilirәm ki, indiki nәşrin imkanları
mәhduddur, Siz özünüz dә mәnim ilk mәqalәlәrimi çap etmәk
üçün texniki şәrtlәr baxımından çәtinliklәrlә üzlәşmisiniz.
Nәhayәt, mәqalәlәrimin mütlәq tәrcümә olunmaq zәrurәti
mәni hәddәn artıq kәdәrlәndirir. Bu qüsurumdan (ana dilindә
yaza bilmәmәk nәzәrdә tutulur – Tәrc.) özüm dә әzab çәkirәm.
Eyni zamanda tәrcümә işinin uzun vaxt aparmasına vә müәyyәn
narahatlıq doğurmasına baxmayaraq, nәticәsi mәni çox az
tәmin edir. Bәzәn özüm öz sәtirlәrimi tanıya bilmirәm. Bir
fransız müәllifinin dediyi aşağıdakı sözlәr heç dә tәsadüfi
560 sayılmamalıdır: “Tәrcümә – orijinalın әn pis surәtidir”. Әlbәttә,
jurnal mәqalәlәri üçün tam dәqiqlik tәlәb etmәk olmaz. Lakin
tәrcümә orijinaldakı fikri ifadә etmirsә, bundan pәrt olmamaq,
darılmamaq qeyri-mümkündür. Bu, mәni çox sıxır, ona görә
dә sәnәdlәrin orijinaldan gәtirdiyim hissәlәri istisna olmaqla,
fikirlәrimi mümkün qәdәr sadә ifadә etmәyә çalışıram. Mәni
mәqalәlәrimin altında imzamı qoymaqdan çәkindirәn sәbәblәrdәn
biri dә budur. Başlıca sәbәb, tәbii ki, rәsmi statusumdur. Lakin
dediklәrimdәn elә nәticә çıxarmayın ki, yazılarımın tәrcümәsini
tamamilә zay hesab edirәm, yaxud bundan sonra jurnala
mәqalә göndәrmәk fikrindә deyilәm. Sadәcә tәrcümә mәsәlәlәrinә
vә әmәkdaşlığımızın xarakterinә münasibәtimi bildirmәk
istәdim. Çox tәәssüf ki, jurnalın texniki işlәrini öz üzәrinә
götürmәklә nәticәdә Sizә lazımi adamlarla daha çox әlaqә
saxlamaq, lazımi yazışmaları daha tez-tez vә tәfәrrüatlı şәkildә
hәyata keçirmәk üçün müvafiq imkan yarada bilәcәk
kömәkçilәriniz yoxdur.