Page 556 - design_Topcubashov_Full_Layout 1
P. 556

Əlimərdan bəy Topçubaşov


                  yaxınlıq özünü göstәrәcәk. Bundan ötrü isә ilk növbәdә
                  işimizә әngәl olan, mövcud vәziyyәtdә normal әlaqә vә
                  rabitәnin yaradılmasına imkan vermәyәn maneәlәr aradan
                  qaldırılmalıdır. Bu maneәlәrin kökü çox dәrindәdir. Onları
                  hadisә vә proseslәrin mahiyyәtindә, Türkiyәni әvvәlcә tam
                  iflas hәddinә gәtirәn, sonra mәhv olmuş dövlәtin külü
                  içәrisindәn xoşbәxt dirçәlişә yol açan milli ruhun xilasedici
                  oyanış vә intibahında axtarmaq lazımdır. İndi sonuncusu
                  1921-ci il 16 mart tarixli Moskva müqavilәsi 609  şәklindә
                  meydana çıxan hәmin sәbәblәr haqda burada danışmağın
                  yeri deyil. Lakin problemin kökü dә mәhz bu sәbәblәrdәdir.
                  İstәnilәn halda mәsәlә bizdәn “narazılıq”da deyil. Әgәr,
                  hәqiqәtәn dә, hәr şey belәdirsә, әgәr hәr şey bizim “günahkar”
                  olmağımızla bağlıdırsa, o zaman bu, düzәlәn işdir. Bütün
                  xalqın müqabilindә onbeş-iyirmi nәfәr hәtta hәqiqәtәn dә,
                  “günahkar” azәrbaycanlı nәdir ki? O zaman mәn birinci
                  kәnara çәkilmәyә, yox olmağa, bir sözlә, hәr cür qurban
         556      vermәyә hazıram. Tәki bunun, hәqiqәtәn dә, yardım gözlәmәyә
                  haqqı olan xalqıma bir kömәyi dәysin.
                     Gördüyümüz kimi, uzunmüddәtli passiv münasibәt hәr
                  yerdә vә hәr şeydә özünün müstәqim mәnfi, mәhvedici
                  tәsirini büruzә verir. Bütün zәrbәlәr isә ilk növbәdә zavallı
                  xalqa dәyir. Bu xalq siyasi cәhәtdәn boğulub, iqtisadi
                  baxımdan kölә vәziyyәtinә salınıb, onun әxlaqını günü-
                  gündәn daha artıq dәrәcәdә pozurlar, etnoqrafik cәhәtdәn
                  yad ünsürlәrin zorakılığına mәruz qalıb, hәr gün yalançı
                  doktrinaların, ikiüzlülüyün, saxtakarlığın, zorakılığın,
                  repressiya, hәdә vә ölümün ustalıqla qurulmuş torlarında
                  daha artıq dәrәcәdә dolaşır. Belә passiv münasibәt hәm
                  burada, hәm dә yerlәrdә işә mane olur, hәr kәsi dalana
                  dirәyir, çıxılmazlığa salır... Bu yanaşma tәrzi eyni zamanda
                  әn yaxın qonşularımızla buradakı münasibәtlәrin sәmimiyyәt
                  zәminindә qurulmasına mane olur. Az qala bütün әlaqәlәrimizin
                  kәsildiyi ermәnilәri bir tәrәfә qoysaq, hәtta gürcülәr dә
   551   552   553   554   555   556   557   558   559   560   561