Page 558 - design_Topcubashov_Full_Layout 1
P. 558

Əlimərdan bəy Topçubaşov


                  Sizә göndәrirәm. Әvvәlcә onları göndәrmәkdәn çәkindim.
                  Çünki әvvәla, әlimin altında rusca surәtlәri yox idi, digәr
                  tәrәfdәn isә Londondan xahiş elәmişdilәr ki, atdığımız
                  addımlarla bağlı heç kimә mәlumat vermәyәk. Tәbii ki, mәn
                  gürcülәrlә birlikdә qәbul etdiyimiz qәrara tabe olmalı idim.
                  Lakin “Yeni Kafkasya”nın 610  13-cü sayından da göründüyü
                  kimi, bu qәrar artıq pozulub. Oxşar notalar İtaliya hökumәtinә
                  dә tәqdim edilmişdi.
                     Bilirsiniz, “ehtiyatlılıq” haqqında bütün xәbәrdarlıqların
                  әvәzinә şәxsәn orada olmaq, Sizә vә digәr siyasi xadimlәrimizә
                  hәr şey haqda tәfәrrüatlı mәlumat vermәk, fikir mübadilәsi
                  aparmaq, ümumi fәaliyyәtimizin әsaslarını vә gәlәcәk hәrәkәt
                  planımızı işlәyib-hazırlamaq nә qәdәr ürәyimdәn keçir?!
                  Bu, mәnim çoxdankı arzumdur, onu yerinә yetirmәyin,
                  gerçәyә çevirmәyin zәruriliyi indi daha güclü vә kәskin
                  şәkildә hiss olunur. Lakin bәdbәxtlikdәn, bu istәyimi hәyata
                  keçirmәk hazırda mümkün deyil. Çünki әvvәllәr dә yazdığım
         558
                  kimi, nümayәndә heyәtinin vә ayrılıqda hәr birimizin maddi
                  vәziyyәti artıq çoxdan son dәrәcә acınacaqlı şәkil alıb. Bu
                  istiqamәtdә göstәrilәn bütün cәhd vә tәşәbbüslәrimiz, bütün
                  istәk vә tәlәblәrimiz sәmәrәsiz qalıb. Yaranmış şәrait London
                  konfransına getmәk imkanlarının da qarşısını alır. Eyni
                  zamanda orada iştirakın ümumi işimizә faydalı olacağı hәr
                  kәs tәrәfindәn etiraf edilir.
                     Bax bu sәbәbdәn dә şәxsi görüşlәrdәnsә (әlәlxüsus
                  Konstantinopolda) yazışma imkanları ilә mәhdudlaşmaq
                  lazım gәlir. Ona görә, Sizdәn xahiş edirәm ki, bütün bәhs
                  olunan mәsәlәlәr, elәcә dә göndәrdiyim nota surәtlәrinin
                  mәzmunu barәdә ümumәn mәsәlәni çox geniş yaymadan
                  başqa yoldaşlarımızla da danışasınız. İndi London konfransı
                  proqramının iqtisadi vә maliyyә tәrәflәri ilә bağlı notanın
                  hazırlanması ilә mәşğulam.
   553   554   555   556   557   558   559   560   561   562   563