Page 549 - design_Topcubashov_Full_Layout 1
P. 549
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
MӘHӘMMӘD ӘMİN RӘSULZADӘYӘ
9 fevral 1924-cü il
St. Cloud
Çox hörmәtli Mәhәmmәd Әmin!
Bütün bu müddәt әrzindә Sizdәn yalnız iki mәktub
(birinә iki әdәd Bakı bәyannamәsi dә әlavә olunmaqla),
broşür vә jurnalın sonuncu saylarını almışam. Hәr şeyә görә
tәşәkkürümü bildirirәm, lakin tәәssüf ki, indi tәfәrrüatlı
cavab yaza bilmirәm. Çünki yenә xәstәlәnmişdim. Bütöv
hәftәni yataqda keçirmәli oldum. Yalnız bu gün ayağa qalxa
bilmişәm. Ümid edirәm ki, bir neçә gündәn sonra tamam
yaxşı olacağam. O zaman daha әtraflı yazaram. Üstәlik,
bәlkә, mәqalә dә göndәrә bildim. Odur ki, hәlәlik qısa
mәktubla kifayәtlәnmәli olduğuma görә üzrxahlıq edirәm.
549
İlk öncә Sizә gürcülәrlә birlikdә buradakı nümayәndә
vasitәsilә Anqoraya (Ankara – Tәrc.) ünvanladığımız notanın
rusca mәtninin bir nüsxәsini göndәrirәm. Bu nota mәnim
tәrәfimdәn noyabrın sonlarında hazırlanıb, dekabrın 20-dә
Çxenkeli ilә birlikdә Anqora nümayәndәsi ilә görüşümüz
zamanı sonuncuya tәqdim edilib. Tәbii ki, biz notanın birgә
xarakter daşımasına xüsusi önәm veririk. Sonra bütün yanvar
ayı Sovetlәrin tanınması kimi ağır mәsәlә ilә bağlı gәrgin
gözlәntilәr içәrisindә keçdi. Gürcülәrlә yenә müzakirәlәr
apardıq. Lakin tәәssüf ki, birgә çıxışlar barәdә razılıq әldә
edә bilmәdik (amma günah bizdә olmadı). Nәticәdә, Sovetlәrin
tanınmasına qәdәr hәrә ayrılıqda nota vermәk qәrarına gәldi.
İngiltәrәdәn başqa, İtaliyaya da nota tәqdim etdik. Surәtini
növbәti mәktubumla göndәrәcәyәm. İndi isә qarşımızda,
bәdbәxtçilikdәn, Sovetlәrin bu dövlәtlәr tәrәfindәn tanınmasına
da reaksiya vermәk mәsәlәsi dayanır. Nümayәndә heyәtinin