Page 543 - design_Topcubashov_Full_Layout 1
P. 543
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
ӘLİ BӘY HÜSEYNZADӘYӘ
28 aprel 1925-ci il
35 rue de Calvaire
St. Cloud (Seine-et-Oise)
Әzizim Әli bәy!
Bu gün kürәkәnim Konstantinopola yola düşür. Onun
vasitәsilә sәnә, heç olmazsa, balaca bir mәktub göndәrmәk
istәyirәm. Qızım Sara da çox sevdiyim iki qız nәvәmlә
birlikdә әri ilә gedir. Qәtiyyәn şübhәm yoxdur ki, hәm sәn,
hәm dә Әdhiyyә xanım mәnim gözәl nәvәlәrimi sevәcәksiniz,
köçüb birdәfәlik İstanbulda yerlәşmәk fikrinә düşәn qızımla
kürәkәnimә lazımi diqqәt göstәrәcәksiniz. Onlar ikisi dә
ailәmin buradakı hәyatı, gün-güzәranı, habelә özümün indiki
vәziyyәtim vә planlarım barәsindә әtraflı mәlumat verәcәklәr.
Әgәr dediyim planlar yerinә yetsә, 3–4 aydan sonra bütün 543
ailә İstanbula köçmәk niyyәtindәdir. Mәnә gәldikdә isә,
yәqin ki, hәlә bir müddәt burada lәngimәli olacağam. Çünki
mövcud vәziyyәt vә düşdüyüm şәraitlә bağlı mülahizәlәr
belә tәlәb edir.
Bu şәrait vә şәrtlәr barәdә hәlә 1923-cü ilin avqustunda
Әhmәd bәy Ağaoğluna mәktub göndәrmişdim. Sәnә dә iki
dәfә (15 mart vә 15 may 1924-cü il) yazmışdım. Әhmәd bәy
indiyә qәdәr mәktubuma cavab vermәyi lazım bilmәyib.
Üstündәn 10 ay keçәndәn sonra sәnә yazdığım kağızda
(15 may 1924-cü il) Әhmәd bәyi prinsipsiz adam adlandırandan
sonra o incidi vә görünür, artıq mәnә cavab vermәmәkdә
özünü tam haqlı sayır.
Açığını desәm, indiyә qәdәr anlamıram ki, hansı qüvvә
sәni – dost kimi ürәyimi açdığım, istәr ümumi işlәr, istәrsә dә
indiki vәziyyәtimlә bağlı fikirlәrimi bölüşdüyüm şәxsi mәktubu
oxumaqdan ötrü Әhmәd bәyә vә başqalarına vermәyә mәcbur