Page 504 - design_Topcubashov_Full_Layout 1
P. 504

Əlimərdan bəy Topçubaşov


                  zәhmәtinә, fәaliyyәtinә bağlı idi. Hәsәn bәy eyni zamanda
                  mәtbәә mәsәlәlәri ilә mәşğul olur, müәlliflәr vә rәsmi
                  dairәlәrlә yazışmalar aparırdı. Nәşrlә bağlı inzibati vә texniki
                  mәsәlәlәrin hәlli isә Hәnifә xanımın üzәrinә düşürdü. O, hәr
                  bir nüsxәni büküb banderol kimi bağlayır, üzәrinә ünvanları
                  yazır, yerlәrә çatdırmaq üçün poçta tәhvil verirdi.
                     Belәliklә, bütün işlәr ancaq Hәsәn bәy vә Hәnifә xanımın
                  mәsuliyyәtinә bağlı idi. “Әkinçi”nin yeganә maliyyә mәnbәyini
                  isә Hәsәn bәyin o qәdәr dә böyük olmayan müәllim maaşı
                  tәşkil edirdi.

                                           * * *
                     “Әkinçi”nin meydana gәlmәsi görünmәmiş hadisә idi.
                  Qәzet bütün Qafqaz müsәlmanlarına, ilk növbәdә isә Bakı,
                  Şamaxı, Gәncә vә s. şәhәrlәrin oxuyub-yazmaq bacaran
                  әhalisinә böyük tәsir bağışladı.  Tәәssüratın yaranmasında
                  cari nәşrin zahiri görünüşü vә mәzmunu mühüm rol oynamışdı.
                     İlk vaxtlar kiçik formatda çıxmasına baxmayaraq, ana
         504
                  dilindә gözәl vә aydın şriftlә nәşr edilәn “Әkinçi”ni әldә
                  tutmaq hәm qeyri-adi dәrәcәdә ürәyәyatan, hәm dә çox xoş
                  idi. Ölkә daxilindә, habelә onun hüdudlarından kәnarda
                  (әsasәn İranda) mәktәb vә mәdrәsәlәrdә tәhsil alanlar üçün
                  әrәb vә fars sözlәrinin bol-bol işlәnmәdiyi açıq ana dilindә
                  türk-azәrbaycan dilindә nәşr olunan qәzeti oxumaq müәyyәn
                  mәnada hәtta gözlәnilmәz tәsir bağışlayırdı. Çünki hәmin
                  dövrdә yerli müsәlmanların savadlı hissәsi – imtiyazlı tәbәqәlәr,
                  ruhanilәr, tacirlәr vә s. müxtәlif mәqsәdlәrlә üç şәrq dilindәn
                  yararlanırdılar. Onlar әrәbcә dua edir, farsca oxuyub-yazır,
                  evdә isә türk-azәrbaycan dilindә danışırdılar. Amma bu zaman
                  iki әvvәlki dilin söz vә ifadәlәrindәn dә bol-bol istifadә
                  edirdilәr. Hәsәn bәy özünәmәxsus qәtiyyәt vә enerji ilә ana
                  dilinin müdafiәsinә qalxdı. O, mövcud lüğәt ehtiyatının,
                  terminologiyanın imkan verdiyi ölçüdә “Әkinçi”dә fars vә
                  әrәb sözlәrindәn imkan dairәsindә qaçmağa, istisnasız şәkildә
                  türk-azәrbaycan dilindә yazmağa çalışırdı. Bu zaman xalqın
   499   500   501   502   503   504   505   506   507   508   509