Page 499 - design_Topcubashov_Full_Layout 1
P. 499

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           qolçomaqların, satqın vә qudurğan hakimiyyәtin ayrılmaz
           yol yoldaşı olan digәr şübhәli ünsürlәrin tәsir dairәsi hәlә
           kifayәt qәdәr qüvvәtli idi. Cәmiyyәtә hәqiqәt vә işıq gәtirmәk
           qayәsindәn uzaq olan belә ünsürlәr, aydın mәsәlәdir ki,
           qarşısına xalq hәyatını sağlam vә ağıllı tәmәl üzәrindә
           qurmaq üçün yeganә vasitә olan milli şüuru hәrәkәtә gәtirmәk
           mәqsәdi qoymuş ilk müsәlman öncülünün – Hәsәn bәyin
           fәaliyyәtini hәr vasitә ilә әngәllәyirdilәr. Hәsәn bәy
           әleyhdarlarının rütbә vә vәzifәlәri ilә әsla hesablaşmırdı,
           qorxub-çәkinmәdәn, cәsarәtlә onların üstünә gedirdi.
           Sonuncuların isә Hәsәn bәylә mübarizәdә әsaslandıqları vә
           tez-tez istifadә etdiklәri yalnız bir dәlil vardı: onu dinsizlikdә
           suçlayırdılar. Әlbәttә, bu yanlış qәnaәt hәr şeydәn öncә
           sәrbәst fikir adamı kimi tanınan Hәsәn bәyin mәqsәd vә
           ideyalarını anlamamaqdan irәli gәlirdi. Hәsәn bәy ömrünün
           sonuna qәdәr daxilәn azad insan kimi qalmışdı. Hәr dәfә
           müvafiq imkan yarananda o, dini әqidәnin insanın daxili
           inam vә etiqadı ilә bağlılığını izah edirdi. Bunu zahiri    499
           vasitәlәrlә nәzәrә çarpdırmağın ikiüzlülükdәn başqa bir şey
           olmadığını anladırdı. Onun fikrincә, sәmimiyyәt dәrәcәsindәn
           asılı olmayaraq, heç bir halda yalnız dini inanc üzәrindә
           hәyat qurmaq qeyri-mümkün idi. Hәyatda öz yerini tapmaqdan
           ötrü çalışmaq, öyrәnmәk, bilik qazanmaq, başqa xalqların
           tәcrübәsini әxz etmәk tәlәb olunurdu. Bütün sahәlәrdә, bütün
           istiqamәtlәrdә hәyat şәrtlәrini yaxşılaşdırmaq üçün daim
           tәkmillәşmәyә ehtiyac vardı.  Amma gözlәri vә qulaqları
           cahillik pәrdәsi ilә örtülmüş ünsürlәr normal insan hәyatı ilә
           sәslәşәn bu adi çağırışlarda da şәriәt ehkamlarının pozulmasını
           görür, qәzәbli gücsüzlük içәrisindә hәmin fikirlәrin müәllifini
           “sünni Hәsәn bәy”adlandırmaqdan başqa bir şey fikirlәşә
           bilmirdilәr. Bu sözlәrdә isә әslindә, Hәsәn bәyin lәyaqәtini
           alçaldacaq heç nә yox idi. Hәqiqәtәn dә, onun atası “sünni”
           anası isә “şiә” idi.  Avam xalq kütlәlәrini zәrәrli tәsirlәri
           altında saxlayan cahil mollalara, dәrvişlәrә, seyid vә
           mәrsiyәxanlara qarşı haqlı çıxışları istisna olmaqla, Hәsәn
   494   495   496   497   498   499   500   501   502   503   504