Page 503 - design_Topcubashov_Full_Layout 1
P. 503
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
әsla mümkün deyil. Azәrbaycandan danışarkәn, Azәrbaycanı
göz önünә gәtirәrkәn bu adların yalnız hәmin ölkәnin deyil,
bütün Qafqazın maarif vә mәdәniyyәt tarixindә, siyasi vә
iqtisadi inkişaf salnamәsindә son dәrәcә şәrәfli yer tutmağa
layiq olduğu etiraf edilmәlidir.
“Әkinçi”nin әrsәyә gәlmәsi Hәsәn bәyin bir sıra sahәlәrdә
birinci olmaq şәrti ilә doğma xalqına xidmәtinin әn yüksәk
zirvәsi idi. Bu mühüm işi görmәklә Hәsәn bәy heç zaman
xalq yaddaşından silinmәyәn, öz millәti üçün qaranlıqda yol
göstәrәn mayak ucaltmış oldu. Hәmin mayakı zәkasının
nuru ilә işıqlandırdı. Artıq aradan yarım әsr keçmәsinә
baxmayaraq, o işıq sönmәyib, yenә dә xalqın yolunu nura,
aydınlığa qәrq edir.
İnsanlara yol göstәrәn bu maarif mayakını, işıq mәnbәyini
ehtiramla salamlamaq indi kişi vә qadınlığından asılı
olmayaraq, hәr bir Azәrbaycan vәtәndaşının mәnәvi vәzifәsi,
vәtәnpәrvәrlik borcudur.
Әgәr bizim günlәrdә dә xalq mәnafeyinә sәdaqәtlә xidmәt 503
edәn, onun hüquqlarını qoruyan ciddi, obyektiv, hәqiqi qәzet
nәşri böyük çәtinliklәrlә bağlıdırsa, “Әkinçi”nin meydana
gәldiyi dövrdә heç bir mübaliğәyә yol vermәdәn bunun
qәhrәmanlıq olduğunu söylәmәk mümkündür. Mәhz belә
bir dәyanәt vә qәhrәmanlıq sayәsindә daxili vә xarici, maddi
vә texniki sәciyyәli saysız-hesabsız maneәlәri dәf etmәk
mümkün idi. Mәhz Hәsәn bәyin ideyalara sonsuz sәdaqәti,
güclü iradәsi, başladığı işin mütlәq zәfәr çalacağına qәti
inamı, elәcә dә bütün çәtinliklәri әri ilә bölüşәn, gәlәcәyә
eyni sәmimiyyәtlә inanan, mübarizә yolundan çәkinmәyәn,
bu işdә qüvvә vә bacarığını әsirgәmәyәn Hәnifә xanımın
dәyanәti, bir sözlә, cәsur ailә ittifaqının sәyi nәticәsindә
“Әkinçi”nin nәşri ilә bağlı ortaya çıxan әngәllәri dәf etmәk
mümkün oldu.
Hәsәn bәy yalnız naşir vә redaktor deyildi. O hәm dә
qәzetin yeganә әmәkdaşı, müxbiri, xronikaçısı idi. Qәzetin
hәr növbәti sayında sәhifәlәrin doldurulması yalnız onun