Page 498 - design_Topcubashov_Full_Layout 1
P. 498
Əlimərdan bəy Topçubaşov
una (lat.: “xeyirxah niyyәtinә” – Tәrc.) tam uyğun gәlir,
maarifçilik niyyәtlәrini hәyata keçirmәyә imkan verirdi.
Tezliklә Hәsәn bәyin, hәqiqәtәn dә, gözәl pedaqoq olduğu
üzә çıxdı. O yalniz şagirdlәrdәn tәdris proqramına yiyәlәnmәyi
tәlәb etmirdi, hәm dә öz dәrslәri, mühazirәlәri ilә onlarda
maraq oyatmağı bacarırdı. Digәr tәrәfdәn isә sәmimi
münasibәti ilә şәxsiyyәtinә hörmәt vә ehtiram doğururdu.
Bakı real mәktәbindә müsәlman, ermәni vә digәr millәtlәrdәn
olan yüzlәrlә şagird tәhsil alırdı. Hәsәn bәy onların hamısının
ümumi mәhәbbәtini qazanmışdı. O, müxtәlif xalqları tәmsil
edәn gәnclәrin bütöv bir dәstәsinin yetişmәsindә mühüm rol
oynamışdı. Sonralar hәmin gәnclәr Rusiyanın vә xarici
ölkәlәrin ali mәktәblәrindә tәhsillәrini davam etdirmişdilәr.
Onların, demәk olar ki, hamısı müәllim vә tәrbiyәçilәri
saydıqları Hәsәn bәyi hәmişә yad edir, mәnәvi ünsiyyәt
saxlayırdılar. Bu dәstәnin üzvlәri sırasında müsәlman gәnclәrin
olması xüsusilә diqqәtәlayiq vә sevindirici hadisә idi. Hәmin
gәnclәr özlәrinә mәnәvi rәhbәr saydıqları Hәsәn bәydәn
498
xalq mәnafelәrinә sadiqlik vә xalqın xidmәtindә dayanmaq
kimi yüksәk insani keyfiyyәtlәr әxz etmişdilәr. Bu gәnclәrin
arasından sonralar müxtәlif sahәlәrdә uğurla fәaliyyәt göstәrәn
müәllim, hüquqşünas, mühәndis vә ictimai xadimlәr yetişmişdi.
Onların içәrisindә bir neçә türk yazıçısı (dramaturq Nәcәf
bәy Vәzirov, Gәncәnin keçmiş şәhәr başçısı yazıçı Әsgәr
Ağa Adıgözәlov vә başqaları) da var idi.
* * *
Bu dövrdә Hәsәn bәyin adı artıq yetәrincә mәşhurlaşmışdı.
Onu keçmiş Bakı quberniyasının hüdudlarından kәnarda da
yaxşı tanıyırdılar. Haqqında yalnız Zaqafqaziyanın deyil,
Şimalı Qafqazın müxtәlif yerlәrindә dә danışırdılar. Tәbii
ki, çağdaş cәmiyyәtdә baş verәn hadisәlәri diqqәtlә izlәyәnlәrin
әksәriyyәti Hәsәn bәyin tәrәfindә dayanırdı, apardığı
mübarizәdә onunla birlikdә idi. Lakin cahillik dә hәlәlik
mövqelәrini әldәn vermәmişdi. Bisavad mollaların, tamahkar